Jersey inək cinsi (südlük)

Agroexpert.az platforması olaraq dəyərli oxuyucularımızı və fermerlərimizi dünyada ən populyar südlük və ətlik heyvan cinsləri ilə tanış etməyə davam edirik. Əvvəlki məqalədə şvis qonuru inək cinsi haqqında bəhs etmişdik. Bu məqalədə isə dünyada ən məşhur südlük cinslərdən biri olan Jersey inək haqqında ətraflı məlumat verəcəyik.

jersey inək

Vətəni İngiltərədir və adını orda yerləşən Jersey adasından götürmüşdür. Bu adadan dünyaya yayılmışdır və hələ də bu adada 100 000 əhali yaşayır, heyvandarlıqla məşğul olur.

Jersey inək cinsi özəllikləri

Jersey bütün özəlliklərinə görə südlük inək cinsidir. Dünyanın heç bir ölkəsində bu inəyi ətlik istiqamətdə saxlayan yoxdur. Çünki yüksək və keyfiyyətli süd veriminı sahibdir.

  • Rəngi: açıq-qəhvərəngi və sarımtıl rənglidir.
  • Diri çəkisi: erkəklər 650-700 kq, dişilər 400-450 kq.
  • İqlimə uyğunlaşması yaxşıdır, ona görə bir çox ölkədə yayılıb.
  • İlıq iqlimi sevir, soyuq havaları çox sevmirlər.
  • Südünün yağlılığı: 5%
  • Başları kiçikdir.
  • Ömrü uzun sığır cinsidir.
  • Həm dişisi, həm erkəyində buynuz olur.
  • Ölçüləri kiçik olduğu üçün erkək danaları ətlik üçün sərf eləmir.

Yem nöqteyi-nəzərdən cəlbedici cinsdir. Çünki az yediyi halda çox verimlidir. Yem ehtiyacı çox azdır. Eyni zamanda su ehtiyacı da çox azdır. Bəzi qaynaqlarda jersey inək otlaq heyvanı kimi qeyd edilir.

Südü çox keyfiyyətlidir. Jersey inək cinsinin südü həm yağ, həm protein, həm də kalsium ilə zəngindir. Xüsusən, bir süd vahidində alınan kərə yağı və pendir miqdarı çox yüksəkdir. Ona görə kərə yağı və pendir istehsalçılarının ən çox axtardığı cinsdir. Yağlılığı 5% olur, protein isə 3.6%-dir. Həm çoxlu pendir əldə eləmək olur, həm də pendiri çox dadlıdır. Jersey inəyin 14 litrindən 1 kq kərə yağı əldə eləmək olur.

Jersey inəklərin üstünlüklərindən biri də yüksək döl tutma qabiliyyətidir. Ona görə bala verimi yüksəkdir. Doğum asan keçdiyi üçün bala və ya ana itkisi də minimaldır. Ayaq və döş xəstəlikləri az olur. Qərbi Avropada laktasiya dönəmində süd verimi 6000-7000 kq-dır.

Holşteyn cins inəklərin süd keyfiyyətini artırmaq üçün jersey öküzlərin dölü ilə dölləndirilir və əldə edilən mələz holşteynlərin südü daha keyfiyyətli olur. Amerikada ən böyük inək sürüləri holşteyn, ikinci isə Jersey sürüləridir. Holşteynə nisbətən 50% daha az peyin verir. Ən böyük əksiklikləri buzov və danaların böyüməsi (günlük diri çəki artımı) çox aşağıdır.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!