Kalorisi olduqca az, lakin çox faydalı qidalar.

agroexpert_Az qidalar kalori miqdari

Bir neçə məqaləmizdə sizlərə

kimi məlumatlar vermişik. İndi isə kalorisi az, yedikdə kökəltməyən lakin faydalı olan qidalar haqqında bəhs edəcəyik.

Lakin bu haqda danışmadan öncə qeyd edək ki, şirniyyatlar, qızardılmış yeməklər və s. qidalar kalorili və ziyanlıdır. Xüsusiylə, saat 18:00-dən sonra ümumiyyətlə yemək olmaz. 

İndi isə bunlara diqqətlə baxın və oxuyun. Doyunca yeyə biləcəyiniz, lakin heç kökəlməyəcəyiniz, bədən quruluşunuzun dəyişməyəcəyi qidaları təqdim edirik.

Göbələk: Göbələyin demək olar ki bütün növləri az kaloriyə malik olmağı ilə məşhurdur. Xoruz göbələyinin 100 qramında cəmi 38 kalori, şampinyon göbələyində isə daha az – 27 kalori vardır.

Quşqonmaz ( qulançar ): Dadlı, yüngül və faydalı məhsuldur. 100 qramında cəmi 20 kalori vardır.

Brokoli: Tərkibində lif miqdarı çoxdur və lif həzm sisteminə yardım etməklə bərabər toksinlər və zərərli tullantıları da bədəndən xaric edir. 100 qramlıq porsiyasında 34 kalori vardır.

Portağal: Orqanizm üçün faydası müzakirəolunmazdır. Bu meyvənin tərkibində çox miqdarda vitamin C və liflər vardır ki, bunlar da orqanizmi toksinlərdən və zərərli tullantılardan təmizləyir. Portağalın 100 qramında digər meyvələrdən daha az – 47 kalori vardır.

Kök : Görmə qabiliyyəti üçün faydalı olmaqla yanaşı iltihab əleyhinə, sidikqovucu və ümumi gücləndirici xüsusiyyətlərə də malikdir. 100 qramında cəmi 41 kalori vardır və olduqca faydalıdır.

Alma: Tərkibində əslində bu siyahıda sadalanan bütün məhsullardan daha çox kalori vardır. 100 qramlıq porsiyasında 52 kalori mövcuddur. Lakin almanın tərkibində çox miqdarda faydalı liflər, antioksidantlar, vitaminlər və minerallar vardır.

Qarpız: Bir çoxlarının sevimli meyvəsidir. Şirin və şirəli olan qarpızın 100 qramı cəmi 30 kaloriyə malikdir. Tərkibində yüksək dərəcədə antioksidantlar və digər faydalı maddələr mövcuddur.

Soğan: Müxtəlif və gündəlik reseptlər üçün istifadə olunur. Gündəlik olaraq yeməklərə əlavə etdikdə onun 100 qramının 40 kaloriyə malik olduğunu bilmək xoşdur.

Kələm növləri çoxdur. Və bunların bir neçəsini tez-tez mətbəximizdə, qida rasionumuzda istifadə edirik.

Gül kələm: İltihab əleyhinə xüsusiyyətlərə malikdir, ürəyi gücləndirir və həzmi asanlaşdırır. 100 qramında cəmi 25 kalori vardır.

Brüssel kələmi: Xaççiçəklilər fəsiləsindən olan brokoli, Brüssel kələmi, gül kələmi kimi tərəvəzlər orqanizm üçün olduqca faydalıdır və aşağı kaloriyə malikdir. 100 qramında cəmi 43 kalori vardır.

Kələm: Xərçəng və ürək xəstəlikləri ilə mübarizə aparan müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Bu tərəvəz həmçinin artıq çəki ilə mübarizədə yardımçı olur, çünki 100 qramlıq porsiyasında cəmi 25 kalori vardır.

Qıvırcıq kələm: Ən qidalandırıcı məhsullardan sayılır, onun tərkibində böyük miqdarda vitaminlər, minerallar, zülallar və liflər vardır. 100 qramı 49 kaloriyə malikdir.

Faydalı və aşağı kalorili məhsulların siyahısı daha uzundur. Çuğundur, limon, pomidor, greypfrut, turp… da bu qəbildəndir. Növbəti məqaləmizdə daha ətraflı şəkildə qiodaların kalorisini sizə təqdim edəcəyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!