Kalsiumla zəngin olan qara zeytunun faydaları

Zeytun ağacı uzunluğu 5-15 metrə çatan və 1000 il yaşaya bilən uzunömürlü  bir ağacdır.  Zeytun, vitamin E, dəmir, sink və kalsium kimi bir neçə mikroelementlərin mənbəyidir.

Qan təzyiqini tənzimləyən zeytun həmçinin meyvə və tərəvəzə alternativ olaraq diyetik lif mənbəyidir. Onun hüceyrələri qorumaq funksiyası var. Zeytun alzeymer, pis və bədxassəli şişlər kimi degenerativ xəstəliklərin təsirini azaldır. Əlbəttə ki, zeytunun sağlamlığa faydaları bunlarla məhdudlaşmır.

Zeytun iki cür olur: yaşıl və qara zeytun

Bu məqaləmizdə sizə qara zeytunun faydalarından danışacağıq:
qara zeytun agroexpert.az

• A, D, E və K vitaminləri ilə zəngin olan qara zeytun orqanizmdə kalsium itkisinin qarşısını alaraq sümük inkişafını gücləndirir. Bu baxımından çox faydalıdır.

• Yoğun bağırsaq, mədə, prostat və mədəaltı vəzi xərçənginin inkişaf riskini azaldır. Bütün bunlardan başqa, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

• Bol miqdarda zülal, yağ, kalsium, fosfor, kükürd, xlor, maqnezium mineralları ilə zəngin olan qara zeytun qaraciyəri qorumağa kömək edir.

• Qara zeytun sarılıq xəstəliyinin müalicəsi üçün çox faydalı sayılır.

• Tərkibində olan ‘Oleuropein’ maddəsinin köməyi ilə hüceyrələri bərpa edir, qırışları azaldır və yaşlanmanı gecikdirir. Kimyəvi makiyaj məhsullarının dəriyə vurduğu zərərin minimuma endirilməsini təmin edir.

• Mədə turşusunu azaldır, mədəni qastrit və mədə xorası kimi xəstəliklərdən qoruyur.

• Qara zeytun həmçinin saçlar üçün də faydalıdır. Bədəndəki vitamin çatışmazlığı səbəbilə meydana gələn saç tökülməsi və kəpək kimi problemlərin qarşısını alır.

• Tərkibindəki zəngin vitamin və minerallar sayəsində bədəni vücudda meydana gələ biləcək virus, bakteriya və göbələklərdən qoruya bilir.

• Həzm sisteminin daha yaxşı işləməsinə kömək edir.

Zeytun və zeytun yarpağının bir çox faydası vardır.

Mütəxəssislər bildirir ki, yetkin bir insanın gündə yeddi ədəd zeytun yeməsi faydalıdır. Bir stəkan qara zeytun gündəlik tövsiyə olunan A vitamininin 10 faizini ehtiva edir. Gözlərin sağlamlığı üçün çox vacibdir. Gözün işıq və qaranlığı daha yaxşı ayırmasına imkan verərək gecə görməsini yaxşılaşdırır. Bundan əlavə, A Vitamininin katarakt, makula degenerasiyası, qlaukoma və digər yaşla əlaqəli göz xəstəliklərinə qarşı təsirli olduğu  da deyilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!