Kartof becərmənin Holland texnologiyası

agroexper-kartofKartofun becərilməsinin holland texnologiyasının əsasını aqrotexniki üsullar kompleksi təşkil edir. Torpağın şumlanmasında fəal işçi orqanları olan frezer alətlərindən istifadə edirlər, torpaq çox yumşaq olur. Alaqlar əleyhinə mütləq herbisidlər tətbiq edirlər. Həmişə texnoloji intizama riayət edirlər, yəni aqrotexnika ilə nəzərdə tutulmuş bütün üsulları vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Holland texnologiyasının fərqləndirici xüsusiyyətləri əkinlərə qulluq zamanı mexaniki işlənmələrin miqdarının minimuma qədər ixtisar edilməsidir.
Əkin materialının keyfiyyəti holland texnologiyasında əsasların əsasıdır. Azərbaycan kartofəkənləri buna xüsusi diqqət yetirməlidirlər. Holland fermerləri yalnız virus infeksiyasından və digər xəstəliklərdən sağlamlaşdırılmış, sertifikatlaşdırılmış (yüksək keyfiyyətli) məhsuldar sortların toxumluq kartofunu əkirlər. O, standartın normativlərinə cavab verməlidir: yumrular 30-50 mm diametrində, sort təmizliyi və çıxım 100% olmalıdır. Bunlar məhsuldarlığın başlıca amilləridir. Onlar ikinci reproduksiyadan aşağı kartof sortunu toxum məqsədlərindən ötrü istifadə etmirlər.
Kartofun basdırılma sıxlığının düzgün hesablanması və sonrakı şaxlarının sıxlığı və hündürlüyünün vəziyyətinin müəyyənləşdirilməsi çox mühümdür. Yaxşı standart toxum materialı əldə etməkdən ötrü basdırmanı elə sıxlaşdırırlar ki, 1 m2-də ən azı 30 şax inkişaf etsin. Odur ki, basdırmaq üçün cücərtmədən sonra ən azı beş gözcüyü olan yumruları seçir, 1 m2-ə 6,100 m2-ə 600 yumru basdırırlar. Torpağın əkindən qabaqkı işlənməsi və bitkilərə qulluq həm kolun, həm də kök sisteminin xüsusən vegetasiyanın birinci dövründə tez inkişaf etməsindən ötrü şərait yaratmalıdır. Buna yumruların mütləq cücərdilməsi, yaxud qızdırılması, 4 sm dərinliyə xırda basdırma, cücərtilər çıxanda yüksək dibdoldurma və 23-25 sm hündürlüyündə və əsasında eni 75 sm olan şırımların (daraqların) formalaşdırılması kömək edir.
Torpağın əkinqabağı işlənməsi və şırımların formalaşdırılması zamanı hollandiyalılar frezer alətlərilə təchiz olunmuş kultivatorlardan, yaxud analoji motobloklardan istifadə edirlər. «Krot» MK-1 motokultivatoru torpağın dərin olmayan (20 sm) yumşaldılması və onun hamarlaşdırılmasından ötrüdür. Onunla həmçinin torpağa üzvi və mineral gübrələri vermək, bitkilərin dibini doldurmaq, alaqları çıxarmaq, yağışdan və suvarmadan sonra torpaq qaysaqlarını aradan götürmək mümkündür. Əkin sahəsində «Fortuna» motokultivatorunun səmərəli işi barədə yaxşı rəylər vardır. Onunla torpağı daha dərindən (22 sm) işləmək olur. Onun komplektində iki frez (fırlanan kəsici alət) də vardır. Lakin bizim təsərrüfatçıların əksəriyyətlə əl əməyi alətlərindən istifadə edirlər.
Hollandiya texnologiyasında şırım yaratdıqdan sonra cərgə arası torpağın işlənməsi nəzərdə tutulmur. Lakin əgər alaqlar əleyhinə herbisidlər işlədilmirsə, onda bizim kartof əkinlərimizdə cərgə arası yumşaltmasız və şırımsız keçinmək olmaz. Bu zaman toxalama çox ehtiyatla aparılmalıdır ki, bitkilərin kök sistemi zədələnməsin və kök atmış şaxlar yerindən tərpədilməsin.
Cərgə arasının eni də böyük əhəmiyyət kəsb edir. Hollandiya fermerləri kartofu cərgə arası 75 sm olmaqla basdırırlar. Təəssüf ki, torpağa qənaət edilməsi üzündən bizim əkinlərdə dar (40-50 sm) cərgə aralarına da rast gəlmək olur. Bu, yumşaq torpaq ilə dibdoldurmanı çətinləşdirir, inkişaf etməkdə olan köklər kəsilir. Nəticədə bitkilər böyümədən və inkişafdan qalırlar. Dib doldurmadan ötrü torpaq kifayət etmədiyindən yumruların üstü açıq qalıb göyərir ki, bu da ərzaq kartofunun yetişdirilməsində yolverilməzdir. Tam çəkili məhsul əldə etməkdən ötrü cərgə aralarının eni kartofun faraş sortları üçün 65-70 sm, gec yetişənlər üçün 75-80 sm olması məsləhət görülür.
Holland kartof əkinlərində bütün bitkiləri 3-4 gün ərzində məhv eləyən, fitoftoroz əleyhinə preparatlardan mütləq istifadə edilməlidir. Kartof sahələrinin xəstəliyin inkişaf dərəcəsi nəzərə alınmaqla 5-6 dəfə və daha artıq ciddi ardıcıllıqla preparatlarla işlənməsi aparılmalıdır. Təəssüf ki, gətirilmiş holland seleksiyalı kartof sortları fitoftoroza davamlılıq cəhətdən ümidləri doğrultmur, çünki ona gözləndiyi kimi, immunitet əsasında yox, bitkilərin çoxsaylı kimyəvi işlənməsi nəticəsində nail olunur.
Kartofun əkin materialının becərilməsində holland texnologiyalı məhsulun 30-40%-ni aparan virus xəstəlikləri ilə mübarizə tədbirləri də nəzərdə tutulur. Kartofun virus xəstəliklərindən müdafiəsinin dolayı üsulu onların daşıyıcıları olan mənənələrin (bitki bitlərinin) məhv edilməsidir. Bu həşəratlar bir çox bitkilərdə və alaqlarda yaşayaraq, kartofu vegetasiya zamanı yoluxdurur, infeksiyanı xəstə bitkilərdən sağlamlara keçirir. Kartofun çilənməsindən ötrü mənənə əleyhinə xüsusi kimyəvi preparatlardan istifadə edirlər. Bizim tarlalarda toxumluq kartofun yetişdirilməsi zamanı virus xəstəlikləri ilə mübarizənin əsas üsulu xəstə bitkilərin təmizləmə zamanı çıxarılaraq kənar edilməsidir.
Kartof becərmənin holland texnologiyası bitkilərin tez böyüməsi və inkişafından ötrü şərait yaradılmasına əsaslanır. Holland fermerləri yumruları nisbətən erkən (faraş) yığırlar, bu, məhsulun fitoftorozla və digər xəstəliklərlə yoluxmasının qarşısını alır. Ərzaqlıq kartofu avqustun sonlarında və sentyabrın əvvəlində çıxarırlar. Toxumluq kartofu daha tez ya iyulda, ya da avqustun əvvəlində yığmaq lazımdır. Kartofun yığımından qabaq mütləq şaxmı çıxardır, yumruları təyinatından və sortundan asılı olaraq, hələ 10-12 gün torpaqda saxlayırlar. Bu onların daha yaxşı yetişməsinə, mexaniki zədələnməsini azaldan və saxlanmasını yüksəldən möhkəm qabıqlı olması ilə nəticələnir.
Lakin bəzi təsərrüfatlarda kartofu sadələşdirilmiş, primitiv: basdırma dibdoldurma yığım sxem üzrə yetişdirirlər. Basdırmadan ötrü əsasən çox illər istifadə olunmuş, deməli, naməlum reproduksiyalı toxum materialından istifadə edirlər. Çünki adi toxumçuluq işi, yəni toxumluq yumruların seçilməsi ilə çox adam məşğul olmur. Kartofun becərilməsində fıtoftorozla mübarizə üsullarından istifadə, o cümlədən, vaxtında bitkilərin müdafiə preparatları ilə çilənməsi hələ də tətbiq edilmədiyindən ayrı-ayrı illərdə xeyli məhsul itkisinə yol verilir.
Kartof çox bərəkətli və plastik bitkidir. Bizim təsərrüfatlarda onun məhsuldarlığının aşağı olması bitkinin bioloji xüsusiyyətlərini bilməməklə, aşağı reproduksiyalı əkin materialından istifadə olunması və becərmə texnologiyasının pozulması ilə bağlıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!