Kartof güvəsinə kimyəvi mübarizə

Kartof güvəsinə kimyəvi mübarizə

Fermerlərin yığdığı məhsulu açıq sahələrdə toplanmış vəziyyətdə saxlaması zərərvericilərin daha geniş yayılmasına şərait yaradır.

Tovuz rayonunda kartof əkini sahələrində karantin zərərvericisi olan kartof güvəsinə(Phthorimaea operculella Zell.) qarşı kimyəvi mübarizə tədbirləri davam edir.

kartof güvəsinə qarşı mübarizəKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 5 hektar kartof sahələrində kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.

Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Asetisuper preparatından (0,2 kq/1 ha) istifadə edilib.

Kartof güvəsinə qarşı mübarizə

Qeyd edək ki, Tovuz rayonu BMM-nin mütəxəssisləri kartof güvəsinə qarşı aparılan mübarizə çərçivəsində kartof yığımı başlanmış sahələrdə monitorinqlər həyata keçiriblər.

Monitorinq zamanı müəyyən olunub ki, fermerlər yığılan məhsulu açıq sahələrdə toplanmış vəziyyətdə yığaraq saxlayır…və üstünü sahədən çalınmış bitki qalıqları ilə qarışıq ot və taxıl sahələrindən çalınmış küləşlə örtürlər. Beləliklə isə adıçəkilən zərərvericinin daha geniş yayılmasına əlverişli şərait yaradır.

Mütəxəssislər məhsulun bu qaydada saxlanılmasının yolverilməz olduğunu söyləyərək müvafiq tövsiyələr veriblər. Fermerlər isə bu tövsiyələrə əməl etməyərək məhsulu açıq sahədə saxlamaqda davam edirlər.

Kartof güvəsinə qarşı kimyəvi mübarizə

Hal hazırda Tovuz rayonu ərazisində kartof güvəsinə qarşı kimyəvi mübarizə işləri davam etdirilir.

Kartof güvəsi (Phthorimaea  operculella Zell.) kartofun, badımcanın, tütünün, eləcə də quşüzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin karantin tətbiq edilən zərərvericisidir və 250-80 faiz məhsul itkisinə səbəb olur. 

Azərbaycanda son illər əsasən Cəlilabad, Masallı, Lənkəran, Astara, Samux, Şəmkir və Tovuz rayonlarında müşahidə edilir.
Azərbaycanda il ərzində 5-6 nəsil verməsi güman edilir, yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.
Kartofa çox ciddi zərər vurur, zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və keyfiyyətini itirir.  kartof güvəsinə qarşı mübarizə

Kartof güvəsinin təcrid və məhv edilməsi məqsədi ilə aşağıdakı əkindən əvvəl toxum materialı seçilməli və yoluxmuş yumrular məhv edilməlidir.
Torpağın tipindən asılı olaraq əkin maksimum dərin aparılmalı və növbəli əkin tətbiq edilməlidir.
Kartof yumrularına yoluxmuş zərərvericini məhv etmək üçün fumiqasiya tədbirləri aparılmalı və yumrular cücərdikdən ən geci 10 gün sonra fumiqasiya olunmalıdır.
Vegetasiya müddətində kartof güvəsinə qarşı aşağıda göstərilən insektisidlərdən birindən – siperkor (0,1-0,16 litr/1 ha), korumaqor (2.2-2,5 litr/ 1 ha), Danadim (1,4-1,9 litr/1 ha – toxumluq əkinlərində), Kral (0,15-0.3 litr/1 ha) istifadə edilməklə mübarizənin aparılması məqsədəuyğundur.
Zərərvericiyə qarşı vegetasiya müddətində lepidosid (0,7 kq/1 ha) bioloji preparatından da istifadə olunur.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!