Kartofdan ildə iki dəfə məhsul almağın texnologiyası

Qədim dövrlərdə insanlar kartofan uzun müddət qida kimi istifadə etmək sirlərinə bələd olmadıqlarına görə ondan ərzaq kimi istifadə etmirdilər. Az sonra kartofdan nişasta almaq məqsədilə istifadə olunmağa başlanmışdır.
Rusiyada ilk dövrlərdə kartofa «Şeytan meyvəsi» deyirdilər. Sonradan kartofdan ləziz xörəklərin hazırlanma sirlərini öyrənib ondan istifadə etməyə başladılar. Ruslar kartofu ikinci çörək adlandırdılar.
Müxtəlif ölkələrin xalqları kartofu bir neçə adla çağırırlar. Məsələn: ispanlar hinduların dili ilə «papa», islandiyalılar göbələyə oxşar olduğuna görə «tryuflya», «tartuffoli », ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr» – «yer alması» və s. adlarla çağırırlar. Rusiyaya kartof İspaniyada əkildikdən bir əsr sonra gəlib çıxmışdır.
Kartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki, bəzək və nektar təbiətli bitki sayılır.

Kartofdan məhsul almağın texnologiyası

kartof texnologiyasıYaz əkini üçün əkilmiş kartofun iyun-avqust aylarına təsadüf edir. Yerdə qalan 9 ay ərzində kartofu saxlamaq əlavə xərclər və xüsusi şərait tələb edir. Saxlama dövründə məhsulun xeyli hissəsi xarab olur, əmtəəlik qabiliyyətini itirir. Bu həm də toxumluq kartofa da aiddir. 
Ona görə də 1 ildə kartofdan 2 dəfə məhsul götürərkən (iyun-avqust və oktyabr-noyabr) həm kartofun çox saxlanması poblemi aradan , xüsusi anbarlar tələb olunmur. Həmdə yay əkinlərindən əldə olunmuş məhsul çox qiymətli toxum materialı hesab olunur. Belə ki, noyabrda yığılan kartof anbarlara sərilir. Dekabr-yanvar aylarında dinclik dövrünü (yarovizasiya)keçirir və fevralda yaz əkini üçün hazır olur.
Kartofun yay əkini üçün əlavə torpaq sahəsi ayrılmasına ehtiyac yoxdur. Fermerlərin bir çoxu yazlıq bitkiləri yığıb qurtardıqdan sonra (taxıl, digər dənli bitkilər) torpaqdan istifadə etmirlər.
Həmin torpaqlar iyul ayında şumlanır və avqustun 2-ci ongünlüyündə kartofun yay əkini üçün hazır olur.

Kartof bolluğu

Beləliklə respublikanın suvarılan bölgələrində torpaqdan səmərəli istifadə etməklə, əlavə torpaq sahəsi ayırmaq hesabına kartof bolluğu yaratmaq mümkündür və fermerlərimiz bu imkandan istifadə edərək öz büdcələrinə əlavə gəlir daxil edə bilərlər…

Texnologiyanın tətbiqi

kartofdan bol məhsulKartof bitkisi üçün ən yaxşı sələf dənli-paxlalı, bostan və tərəvəz bitkiləri və dincə qoyulmuş torpaqlar hesab olunur.
Yaz əkini- torpaq sahəsi payızda şumlanmalı, yanvar ayında hər hektara 20 ton hesabı ilə peyin verilərək 20-25 sm dərınlikdə 2-ci şum aparılmalıdır.
Fevralın ortalarında sahələr disklənib malalanaraq əkin üçün hazırlanır. Ən optimal əkin müddəti torpaq və iqlim şəraitindən asılı olaraq fevralın 3-cü və martın 1-ci ongünlüyü hesab edilir.
Fosfor və kalium gübrəsinin 100 %-i əkin günü verilməli, azot gübrəsi isə 2 mərhələdə 30%-i ilk cücərtilər alınanda, 70%-i isə qönçələmə fazasında verilməlidir.
Diqqət! Əgər kartofəkən texnika ilə aparılacaqsa əkindən qabaq, yox əgər əllə aparılacaqsa şırımlar açılandan sonra. 

Kartof sortlarından toxum materialı kimi son illər respublikada geniş tətbiq olunaraq yaxşı məhsuldarlıq göstəricilərinə malik HollandAlman mənşəli sortlardan istifadə olunması məsləhət bilinir:
  • Marabella;
  • Aqrı;
  • Solara;
  • İmpala;
  • Kondor;
  • Spunta və s.

 Aqrotexniki tədbirlər

kartof aqrotexniki tədbirləriƏkin əldə 70-30 sm, kartof əkənlə 75-25 sm sxemi ilə aparılmalı və hər hektara 50-55 min kartof yumrusu yerləşdirilməlidir. Kartof yumruları kök sisteminin üst tərəfində gövdədə əmələ gəldiyi üçün ilk cücərtilər torpaqğın üstünə çıxan kimi onun dibi doldurulmalıdır:
[Kartof yumruları gövdənin deformasiya olunmuş formasıdır]
  •  Suvarma hava şəraitindən asılı olaraq 3-5 dəfə aparılmalıdır;
  •  Suvarma şırımlarının uzunluğu isə 30-25-30 sm 40 metrdən olmalıdır. 
  • Xəstəliklərə qarşı mübarizə birinci dəfə profilaktik olaraq 3-5 yarpaq əmələ gələndə;
  • 2-ci dəfə qönçələmə fazasında, zərərvericilərə qarşı (Kolorado böcəyi) yarpaqlarda ilk böcəklər görünəndə aparılmalıdır.

Yarpaqlar saralmağa başlayanadək həm xəstəlik, həm də zərərvericilər daim müşahidə olunmalıdır. Çalışmaq lazımdır ki, istifadə olunan pestisidlər təsirli olsun. Bunun üçün:

Xəstəliklərə qarşı bu preparatları istifadə etməyə məsləhət görülür:

  • Ridomil;
  • Qoldvə;
  • Akrobat.

Zərərvericilərə qarşı isə:

  • Aktara preparatı ən etibarlı hasb edılir.

Vegetasiya dövrü  aşağıda qeyd etdiyimiz kimi mübarizə aparılmalıdır:

  • 2 dəfə kultivasiya (suvarmalardan sonra),
  • 1 dəfə alaqlara qarşı (lazım gələrsə 2 dəfə).

kartofdan bol məhsul
♦ Yay əkini üçün ən yaxşı torpaqlar taxıl altından çıxmış sahələr hesab olunur. Taxıl biçini qurtaran kimi iyul ayında sahələrə 20 ton.hek norması ilə peyin verilərək 25-30 sm dərinlikdə şum aparılmalıdır. İyulun sonunda isə sahələr disklənib malanaraq əkin üçün hazır vəziyyətə gətirilməlidir.

♦ Yay əkinində sahələrin xüsusilə su təminatında problem olmamalıdır. Ən optimal əkin müddəti avqustun 2-ci ongünlüyühesab olunur. Bütün aqrotexniki qulluq işləri yaz əkinində olduğu kimi həyata keçirilməlidir.
Qeyd olunan aqrotexniki tədbirlər optimal müddətlərdə həyata keçirilərsə, kartofçuluqla məşğul olan fermerlər istehsal şəraitində yaz əkinindən 25-30 ton, yay əkinindən isə 15-20 ton kartof istehsal edə bilərlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669