Keçi biznesinin riskləri

Biz bu platformada hər aqrobiznesin yaxşı tərəfləri ilə yanaşı, riskləri və çətinlikləri də insanımıza göstərməyi qarşımıza hədəf qoymuşuq. Bunu da insanları yersiz avantüradan və risklərdən qorumaq üçün edirik.

keçi biznes riskləri

İnternetdə keçi biznesi haqqında kifayət qədər material taparsınız, amma keçi biznes riskləri barəsində danışan, yazan azdır. Keçi, qoyun özü-özlüyündə çox bərəkətli heyvan olsa da söhbət etdiyim fermerlərin çoxu bu işlərin “sərfəli” olmadığını söyləyir. Səbəbini hələ də araşdırıram, qarşımızda psixoloji faktordan tutmuş, satış, otlaq, subsidiyalardan ibarət diferensial tənlik açılır. Oxuyucularımız  bu mövzuda şərhlərdə bizə yardımçı olsalar çox minnətdar olarıq.

Keçi biznesi (xüsusən saanen, hələb cinsi) əslində bir tərəfdən baxanda moda oldu. Eyni şeyi qaz biznesi, romanov qoyunları üçün də söyləmək olar. Bu işlərin reklamı özündən öndə gedir, populyar olur, sonra birdən bu iş gözlənilən effekti verməməyə başlayır. Adətən söhbət belə başlayır: deyir bu saanen keçisi gündə 3-4 litr süd verir. Oop, həmən 3 Azn-dən 10 keçi ayda 10x3x4x30=3600 Azn edir. Üstə gəl, ildə 50 bala=30-40 min Azn, elədi ildə 70-80 min Azn. Balaca bir Galenvagenin pulu. )

Amma reallıqda fermerlərin çoxu bu işdən zərər edirlər, iş gözlənilən nəticəni vermir. Hətta Türkiyə kimi işə akademik yanaşılan bir yerdə bu iş karlı sayılmır. Təbii, bu işin uğurlu örnəkləri vardır.

Keçi biznes riskləri

Ümumi götürəndə keçi biznesinin riskləri və problemlərini sıralayaq:

  1. İşi başqasına tapşırmayın. Keçi, ailə biznesi şəklində uğurlu olur.
  2. Ferma quracağınız yer çox önəmlidir.
  3. Yem (Bütün heyvandarlıq biznesindən ən önəmli maddədir)
  4. Heyvanın sağlamlığı
  5. Satış

Hal-hazırda Azərbaycanda heyvandarlığın əsas problemi kimi yemi söyləmək olar. Yem çox baha olunca, alınan məhsul (süd, ət) da baha başa gəlir, qazanc azalır. Düzdür keçi inək qədər yemir, amma yemə qarşı nazlıdır.

Satış da önəmlidir, satışı əvvəlcədən düşünməsəniz, südü çox ucuza (2 Azn-ə) satası olacaqsınız. Və ya qeyd edək ki, keçi əti çox tələb olunmur, satışı çətindir. Burda bir məsələni də qeyd edək. Südü təkcə süd şəklində satmayın. Süddən pendirdən başqada çeşid məhsullar hazırlamaq olar. Məsələn, buzov maması.

Bundan başqa da çətinliklər, yanlışlıqlar saymaq olar.

  • Təsərrüfatdakı heyvan sayı da önəmlidir. 150 baş keçidən az olmayan biznes qurmaq lazımdır ki, kar əldə edəsiniz.
  • Binalara çox pul xərcləmək yersizdir. Çox da ki, “inomarkadır”.
  • İrq seçimində təəssübkeş olmayın. Ay saanendən başqası yalandır, yox hələb superdir.
  • Heyvan yemlənməsini “yola verməyin”. Bu süd veriminə çox təsir edir.
  • Yaxşı baytar məsləhəti alın, özünüz də stəliklərdən baş çıxarmağa çalışın.

Məqsədimiz sizi həvəsdən salmaq deyil. İstənilən halda girişimçilik gözəl xassədir. Xüsusən dövlətin aqrosektora dəstək verdiyi bu aralar. Amma qabaqcadan riskləri bilib daha hazırlıqlı başlasanız işiniz də alınar. Yuxarıda sadaladığımız keçi biznes riskləri də həlli mümkün olan işlərdir.

Tural Nağı

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

3 thoughts on “Keçi biznesinin riskləri

  • April 1, 2018 at 6:27 pm
    Permalink

    Temiz Saanen cinsini nece almaq olar?

    Reply
    • April 1, 2018 at 6:28 pm
      Permalink

      Yaxşı sualdır. Gərək bu haqda məqalə yazam. Azərbaycan mühitində 3 variant var:

      Reply
  • April 1, 2018 at 6:30 pm
    Permalink

    1. Sertifikatı olan heyvan almaq
    2. Dövlət dəstəyi ilə (agrolizing kanalı ilə)
    3. Tanışlıqla

    Tanışlıqla ucuz almaq olar

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!