Keçi cinslərinin müqayisəsi
Saytımızda saanen, hələb, alpin və yerli keçi cinsləri haqqında məqalələr yerləşdirmişik. Bu məqalədə sizə keçi cinslərinin müqayisəli cədvəlini təqdim edirik. Ki, keçi biznesinə başlamaq istəyən fermerlərimiz üçün hansı cinsi seçəcəyinə qərar vermək asan olsun. Keçi biznesi ilə məşğul olanlar keçilərin həm yaxşı süd verimi həm də yaxşı bala verimi olmasını istəyirlər. Cədvəldə göstərdiyimiz cinslərin hamısı (Malt cinsi xaric) Azərbaycanda uğurlu adaptasiya dövrü keçirmişlər artıq.
Keçi cinsləri müqayisəli cədvəl
Özəllikləri: | Saanen | Alpin | Hələb | Malta | Metis | Yerli keçi |
İllik süd verimi, l | 700-800 | 500-800 | 750-800 | 500-600 | 250-300 | 40 |
Südün yağlılığı, % | 3-4 | 3-3.7 | 4.5 | 4 | 3-3.3 | 3-3.3 |
Laktasiya dövrü, gün | 280 | 200-250 | 270-300 | 250 | 210 | 150 |
Bala verimi | 1.7 | 2 | 2 | 2.5 | 1.3 | 0.8 |
Diri çəkisi, kq, D/E | 60/75 | 60/85 | 65/90 | 40/60 | 50/55 | 45/50 |
Ət çıxımı, % | 48 | 48 | 52 | 48 | – | – |
Günlük çəki artımı, q | 250 | 250 | 300 | 200 | – | – |
İqlim adaptasiyası | əla | yaxşı | yaxşı | yaxşı | əla | əla |
Cədvəldən aydın görünür ki, saanen və alpin keçiləri verimliliyinə görə demək olar ki eynidirlər. Fermalarda hər iki cinsi saxlayırlar. Süd verimləri çox fərqlənmədiyi üçün. Xarici cins keçilər yemə və saxlanmaya qarşı təvazökardırlar. Amma yerli keçilər isə gəzmək, otlamaq istəyir. Düzdür yerli keçiləri də tərifləyən fermerlər az deyil.
Aşağıdakı şəkildə isə keçi cinsləri və onların adları göstərilmişdir.

Bu məqalədə bəzi qoyun cinsləri və qoyun şəkilləri yerləşdirilib..
Bu cədvəldən belə görünür ki, Hələb keçisi ən verimlisidi.
Məncə də ən yaxşısı hələbdir. ama razılaşmayanlar da var…