Keçi ətindən dietik yemək resepti

Keçi ətindən yemək hazırlamaq istəyirsiniz? Necə bişirəcəyinizi bilmirsiz? O zaman asan hazırlanan bu reseptlə tanış olmalısınız. Çünki..

Dünyada keçi əti qoyun əti kimi çox yeyilir. Əti az yağlı olduğu üçün dietoloqlar keçi ətindən istifadə etməyi daim məsləhət görürlər.

Keçi ətindən əsasən dadlı kabab bişirilir. Bu yazımızda isə sizlərə keçi ətindən bişirilən keçi qovurma yeməyinin hazırlanma reseptini paylaşacağıq.

agroexpert.az keçi ətindən qovurma

Rahat və tez bişən bu yeməyə lazım olan ərzaqlar:

  • 500 qram keçi boynu
  • Uzun şirin bibər
  • Soğan
  • Duz
  • Pul bibər

İlk olaraq ətimizi kub formasında doğrayırıq. Üzərinə 1 stəkan su əlavə edib qazanda bişməyə qoyuruq. Qaynamağa başlayandan sonra yarım saat bişiririk. Həmin yarım saat müddətində tavamıza duru yağ əlavə edirik. Öncədən kub formasında doğradığımız soğanları və bibərləri həmin yağda qızardırıq. Soğanların rəngi sarımtıl olduqda bişmiş ətimizi əlavə edirik. Birlikdə qarışdıraraq qovururuq. Daha sonda duzunu əlavə edirik. Duzu sonda əlavə etmə səbəbimiz əti sərtləşdirməməsidir. Toz (pul) bibəri də əlavə edərək qarışdırıb tavanın altını söndürürük. Zövqə görə pul bibərlə eyni vaxt bu yeməyə toz formasında olan sarıkökdə əlavə edə bilərsiniz.

Nuş olsun!

Digər reseptlər burada…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!