Keçi ətinin faydaları

Ev heyvanlarının əti insan orqanizmini lazımi maddələrlə təmin edən qidaların ən önəmlisidir.

Ta qədimdən yaxşı, keyfiyyətli və sağlam qidalanmaq üçün ətə üstünlük veririk. Ölkəmizdə əhalinin qida rasionunda mal əti daha böyük yer tutur. Həmçinin xırdabuynuzlu heyvan ətlərindən də kifayət qədər istifadə edirik. Xırdabuynuzlu heyvanlardan olan keçinin insana çox böyük faydası vardır. Istər əti-südü, istərsə də tükü-dərisi insanın sağlamlığına faydalı və müxtəlif məqsədlərlə istifadəyə yararlıdır.

Keçi süni yemlər yeməz. Təbiətdəki təbii otlarla qidalanar. Otlarda olan faydalı maddələr onun həm südünə, həm də ətinə keçər.

agroexpertaz_keçi əti

Sağlamlıq baxımından keçi ətinin çox faydaları var. O metabolizmi sürətləndiri və tərkibində sinir sisteminə lazım olan vitaminlər mövcuddur.

Keçi əti digər ətlərə nəzərən B vitamini ilə daha çox zəngindir. Tərkibindəki B1, B2, B3 vitaminləri sinir sistemini qoruyur, üz və dəri xəstəliklərinin qarşısını alır. Həmçinin onda dəmir nisbəti də bütün ətlərdən daha yüksəkdir.

Keçi əti bir çox xəstəliklərin dərmanıdır desək yanılmarıq. Belə ki, ürək-damar xəstəliklərinin, şəkərin müalicəsində, böyrək və sidik kisəsi daşlarının tökülməsində çox böyük təsir edici qüvvəyə malikdir. Şəkər xəstələri pəhriz məqsədi ilə keçi əti yeməlidirlər.

Ən az yağa sahib heyvan…

Xolesterin və yağ səviyyəsi digər ətlərə görə daha aşağıdır. Keçi əti mal, qoyun, hətta toyuq ətindən də az yağlıdır. Ona görə də ürək və damar xəstəliklərindən əziyyət çəkənlərə məsləhət görülür.

Həmçinin:

keçi əti haqqındaKeçi əti bağırsaqları işlədir və yumşaldır. Bu xüsusiyyətiylə kökəlmənin qarşısını alır.

Sağlam saç, dəri və dırnaq yaranmasına səbəb olur.

Onunla təzə meyvələr yemək məsləhət görülmür.

Altıaylıq çəpiş əti bədənə rütubət verir,qan təzyiqini artırır.

Ağrıları sakitləşdirmək üçün keçi piyi sürtmək faydalıdır, soyuqdəymə hallarında təsirlidir.

 

Keçi əti və südü qiymətli qida məhsuludur.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!