Keçi piyindən krem hazırlanması və 10 faydalı məsləhət

Tibbi elmi dildə loy adlanan keçi piyi uşaq və böyüklərdə bir çox xəstəliklərin müalicəsində faydalı vasitədir. Keçi yağı keçi südündən də alına bilər.

Tərkibində A, B, C, D, E vitaminləri ilə yanaşı çox nadir tapılan B13 vitamini də var. Bu vitamin insanı daxildən və xaricdən cavanlaşdırır. 100 qramında 900 kilokalori olan bu məhsulu çox qəbul etmək olmaz. Ağ, yumşaq, dadlı və qoxusuz olan keçi yağı təzə, boz rəngli və qoxulu olanı isə köhnədir. Yağı soyuducuda saxlamaq və lazım olduqda götürüb istifadə etmək lazımdır.

Keçi yağı əsasən uşaqlarda öskürək və bronxiti müalicə edir. Mədə-bağırsaq xoraları, qastritdə istifadə olunan keçi piyi həm də həzmi yaxşılaşdırır. Zökəm və qrip zamanı immuniteti qaldırır. Dırnaq, dəri və saçları yaxşılaşdırır. Daban şporu, duz yığılması, oynaq, diz ağrılarında, sinir iltihabında bədənə isti halda çəkilərək masaj olunur. Keçi piyi ilə kürəyi, sinəni, boyunu masaj etmək və üzə ondan maska hazırlamaq olar.

Həmçinin ev şəraitində krem və sabun da hazırlanır.

Keçi piyindən krem hazırlanması
keçi piyi krem hazırlamaq agroexpert.az

Bu yazımızda sizlərlə asanlıqla ev şəraitində hazırlaya biləcəyiniz, dərman vasitəsi kimi faydalı bir kremin hazırlanmasını bölüşəcəyik.

  • 1.Keçinin iç piyi – 100 qram
  • 2. Qara zirə yağı – 100 qram
  • 3. Kəklikotu – 2-3 xörək qaşığı

Tələb olunan miqdarda olan keçi piyi əridilir. Ərinməyən hissəsi süzülüb atılır. Ağzı kip bağlana bilən şüşə qaba yığılıb üzərinə kəklikotu əlavə edilərək qarışdırılır. Bir gün saxlanılır. Bir gün sonra qaynatmadan yenidən əridilir və kəklikotu süzülür. Lazımi miqdarda olan qara zirə yağı əlavə edilərək qarışdırılır. 1-2 saat ərzində istifadəyə hazır bir krem halına gəlir.

Qeyd edək ki, kəklikotunun istifadə olunma məqsədi onda olan efirli birləşmələri  piyə keçirməkdir. Həmçinin kəklikotunun ətri keçi piyinin və qarazirənin ətrini demək olar ki, aradan qaldırır, xoş bir təsir bağışlayır.

1. Uşaq və böyüklərdə soyuqdəymələr zamanı sinə, kürək, boğaz nahiyyəsi axşamlar masaj olunur. Keçi piyi çox yaxşı bir yumşaldıcı və tərlədici vasitədir.

2. Əl çatlarında və çatlamanın qarşısını almaq üçün istifadə edilir.

3. Daban və qarın çatlarında gündə 2 dəfə istifadə olunur.

4. Dərialtı iltihablarda dəri üstünə çəkilir.

5. Revmatizm zamanı dizlərə və baldırlara çəkilir.

6. Osteoxondroz zamanı axşamlar, osteoxondroz üstünə vurulur, yüngül masaj edilir. Osteoxondroz zamanı 1 ay ara vermədən istifadə olunmalıdır.

7. Qol və biləklər karpal tunel xəstəliyi zamanı gündə 2 dəfə masaj edilir. Üstünə istilik verən lampa tutulur ki, dəridən daha tez sovrulsun və tez təsir etsin.

8. Sifətə yumşaldıcı və ləkələr əleyhinə krem kimi istifadə edə bilərsiniz.

9. Uşaqlarda pişməcə əleyhinə süni kremlərdən daha çox faydalıdır.

10. Yay fəslində bütün bədənə çəkilir, günəş ləkələrinin və dəri qurumasının qarşısı alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика