Keçi südü sabunu hazırlanması

Yadınızdadır Cəbiş müəllim? Bu millət sovet dönəmindən qəribə stereotiplərlə qidalandırılıb. Hər zaman düşünürdüm, dinimizin ən üstün və halal qazanc yollarından biri olan ticarətə sovet adamı niyə ikrahla baxır? Mən müəllimlərin başqa işlə məşğul olmağını istəmirəm, müəllimlik zirvə peşədir. Amma söz verdiyimiz kimi evdar xanımlarımız üçün eçi südü sabunu hazırlanması  haqda məqalə hazırladıq. Məqsəd həm xanımlarımız üçün boş vaxtlarında (ki az olur bilirik) əlavə gəlir, həm keçi saxlayanlar üçün balaca da olsa satış kanalı açmaqdır. Həmçinin bu məqalə işgüzar insanlar üçün yaxşı biznes-ideya da ola bilər.

Keçən məqalədə keçi südü sabunun cild üçün faydalarından yazmışdıq. Əsasən orqanik qida butiklərində satılan keçi südü sabununu özünüz evdə də hazırlaya bilərsiniz. Keçi südü sabunu hazırlanması qəliz proses deyil.

Keçi südü sabunu hazırlanması

Lazım olanlar:

  • 90 qram keçi südü
  • 300 qram zeytun yağı
  • 39 qram natrium qələvisi (NaOH )
  • 1 çay qaşığı daş duz

Qeyd: natrium qələvisi zərərli kimyəvi maddə olub sabun istehsalında əsas materialdır. Bu maddə ilə işləyərəkən təhlükəsiz qaydaları ilə burdan tanış olun. İş orasındadır ki, natrium qələvisi və su ilə çalışarkən havaya zəhərli qaz yayılır, qarışığa isə qətiyyən əliniz və ya vücudunuz təmas etməməlidir. Ona görə natrium qələvisi ilə su qarışığını açıq havada, uşaqlardan uzada, əlcək, qoruyucu gözlük və maska ilə hazırlayın. Qarışıq soyuduqdan sonra istənilən yerdə davam edə bilərsiniz. 

Keçi südü sabunu hazırlanması

Sabun istehsalında natrium qələvisi ilə qu qarışdığı zaman yüksək tempratur əmələ gəlir. Biz isə keçi südündən istifadə edəcəyimiz üçün bu tempratur südü xarab edə bilər. Sonra sabunumuzdan yanıq iyi gəlməsin. Ona görə südü dondurub istifadə edəcəyik.

  1. İlk öncə keçi südünü dondurucuda dondurun.
  2. Donmuş südü açıq havada, əlcək, maska və gözlüklə natrium qələvisi ilə qarışdırın.
    Bu mərhələ sabun hazırlamağın ən təhlükəli mərhələsidir. Südü dondurduğumuz üçün yüksək tempratur südə zərər verməyəcək. Yavaş yavaş əriyib qarışacaq. Qarışıq əmələ gələndə 20-25 °C tempratur yaranacaq.
  3. Zeytun yağını da eyni tempratura gətirmək üçün birbalaca qızdırıb, süd və natrium qələvisi qarışığnı üzərinə töküb qarışdırırıq. Bunu yavaş-yavaş tökərək və qarışdıraraq edirik. Taxta qaşıqdan istifadə ediniz.
  4. 15 dəqiqə qarışdırıb daş duzu əlavə edirik.
    Duz sabunun bərkiməsi üçündür. İstəyə görə hind qozu yağı da əlavə edə bilərsiniz. 
  5. 30-35 dəqiqə sonra qarışıq pudinq kimi olacaq. 
    Artıq sabun qarışığı hazırdır, qəliblərə tökə bilərsiniz. Qəlibləri öz zövqünüzə görə seçin. 
  6. Qəlibləri dondurucuya yerləşdirin. 
    Çünki sabunlaşma prosesində istilik 50 °C-yə kimi artır və bu da südü xarab edə bilər. 2 saat soyutsanız kifayət edər. 

Sabunu dondurucudan çıxarıb quru yerə qoyun. 3 gün sonra bərkiyəcək və qəlibdən çıxarıb kəsə bilərsiniz. Daha 6 həftə gözlədin. 6 həftədən sonra keçi südü sabunumuz hazırdır, istifadə edə bilərsiniz. 

Sizin üçün rahat olsun deyə reseptin video materialını da yerləşdiririk. 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!