Keçi südü sabunu faydaları

Keçi biznesi haqqında yazılar yazırıq, insanlar tez-tez keçi südünü necə satacaqları barədə soruşurlar. Qərara gəldik keçi südünün harda və necə realizasiya edilə biləcəyi haqqında silsilə məqalələr hazırlayaq ki, fermer dostlarımız yararlansınlar. Əslində bu yazıların əksəri yaxşı biznes ideya da ola bilər. Biraz bazar araşdırması elədim, ucuz deyil bu sabunlar. Evdar xanımlar üçün keçi südündən sabun hazırlanması haqqında da məqalə hazırlayacam. Bu məqalədə sizə keçi südündən hazırlanan sabunun fayda və zərərləri haqqında yazacam.

Keçi südü sabunu

Son vaxtlar orqanik qida butikləri çoxalmağa başlayıb. Mənim də çox xoşuma gəlir gedib orda gəzmək, maraqlı məhsullarla tanış olmaq, alıb yoxlamaq. Bu butiklərdə faydalı sabunlar görürəm, əksəri də türk istehsalı. Zeytundan, baldan, süddən və fərqli bitkilərdən sabunlar var. 

İnsan cildinə bənzərliyi olan keçi südü cildi bakteriya və kimyəvi maddələr qarşı qoruyur. Keçi südü sabunu cilddəki bütün zərərli problemlərə qarşı savaşır.  Keçi südünün faydaları da çoxdur, bu haqda məqalələr yazmışdıq.

Keçi südü sabunun faydaları

  • Keçi südü sabunu cilddəki qara nöqtələri təmizləyir: keçi südü sabunu içərisindəki proteinlər sayəsində qara nöqtə və sivilcəyə səbəb olan bütün bakteriyaları öldürür. Davaml istifadə etsəniz cildiniz çox hamar və ləkəsiz olacaq.
  • Dəridəki məsamələri sıxlaşdırır: Üzümüzdəki məsamələr dolduğu zaman genişləyir, böyüyür. Keçi südü sabunu üzdəki gözənəkləri sıxlaşdırır və daha cavan görünməyə səbəb olur.
  • Cild xəstəliklərini sağaldır: Bugün 4 nəfərdən 2-si dəri xəstəlikləri ilə qarşılaşır. Qızarma, şişmə, qaşınma, göbələk kimi dəri xəstəlikləir varınızdırsa keçi südü sabununu bu bölgələrə sürtsəniz tezliklə sağaldığını görəcəksiniz.
  • Keçi südü sabununda yüksək miqdarda zülal və pH səviyyəsi var: Bu sayədə cildimiz ölü dəridən qurtulur, dəri xərcənginin önünü kəsir.
  • Digər faydaları: Tərkibində A vitamini boldur. Ona görə dərini yeniləyir. Quru cildin nəmləndirilməsində rol oyanyır. Tərkibindəki alfa hidroksen sayəsində dəri tökülməsinə mane olur. 
Keçi südü sabunu

Keçi südü sabunu istifadəsi

Keçi südü sabunu ilıq suda köpükləndirilib dəriyə çəkilir. Yəni birbaşa dəriyə çəkməkdənsə köpüyünü istifadə eləmək daha effektiv olacaq. Daha sonra ağac sabunqabında saxlamğa çalışın.

Keçi südü sabununun zərərləri:
Südə allergiyası olanlar, sabunu əvvəlcə əllərində test etsinlər. Qızarma, qaşıntı olmadısa cildə tətbiq edə bilərlər.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669