Keçi südünü necə sata bilərəm?!

Keçi südünü sata biləcəyəmmi? Kimə satım? Harda satım? Bu cür sualları çox eşitməyə başlamışam. Keçi biznesi haqqında bir-neçə məqalə yazdıqdan sonra keçi südü satışı haqqında da məqalə yazmaq zərurəti yaranıb. Bu mövzuda biraz araşdırma edib sizinlə paylaşıram. Ətraflı burda yerləşməyəcəyi üçün hər başlıqla əlaqəli məqalələrə keçid qoyacam. Baxıb oxuya bilərsiniz.

keçi südü satışı

Qeyd etmişdik ki, bu günkü yaxşı keçi cinsləri (saanen, alpin, hələb) günlük 3-5 litr süd veririlər. Keçi südü isə ucuz deyil, yağlılığına görə 3, 4, 5 Azn-dir. Cins keçilərin südünün yağlılığı 3-5% arasında dəyişir. Tutaq ki, keçi ferması qurdunuz və içərisinə də 10-20 keçi alıb yerləşdirdiniz. Bəs yaxşı günlük 30-100 litr südü necə satmaq olar?

Keçi südü satışı

Keçi südünü aşağıdakı variantlarla realizasiya (sata) bilərsiniz:

  • Təzə süd şəklində satmaq: Keçi südünə tələbat çoxdur, çünki çox faydalı qidadır. Ana südünə yaxın olduğu üçün yeni doğulan körpələrə keçi südü vermək olur. Doğum evləri və inək südünə alergiyası olanlar sizin ilk müştəriləriniz olacaq. Keçi südü 3-5 Azn arasında qiymətləndirilir. 
  • Keçi südünü böyük miqdarda istehsal edirsinizsə, sizin üçün ən yaxşı variant pendir düzəltməkdir. 100 litr süddən 10-20 kq pendir əldə edilir ki, keçi pendiri faydası və dadına görə seçilir. Ağ pendir, brınza, qauda və sair fərqli pendirlər istehsal edib sata bilərsiniz. 
  • Keçi südü məşhur Maraş dondurmalarının, ümumiyyətlə dondurma istehsalında geniş istifadə olunur. Bu videoda Maraş dondurmasını evdə necə hazırlaya biləcəyiniz göstərilir. 
  • Keçi südündən orqanik keçi südü sabunu istehsal edilir. Düzdür burda keçi südü çox satılmayacaq, amma yenə də sizin üçün bir satış kanalıdır. Sabun istehsalçılarına sata bilərsiniz. Qeyd edim ki, keçi südü sabunu cildiniz üçün çox faydalıdır.
  • Keçi südündən çox ləzzətli şirniyyatlar düzəldə bilərsiniz. Bununla bağlı saytımızda da maraqlı reseptlər yerləşdirmişik. 
  • Bunu araşdıra bilməmişəm amma keçi südündən buzovlar üçün yem unu düzəldilir. Həmçinin körpə yeməklərinin də tərkibində keçi südü unu olur.
  • Keçi südü mürəbbəsi eşitmişdinizmi? Bu hərhalda sovet dövründə məşhur “skuşonka” olacaq. Bu videoda keçi südündən süd mürəbbəsi düzəldilməsi ilə tanış ola bilərsiniz.

Əgər sizin də keçi südü satışı haqqında bildiyiniz maraqlı faktlar varsa bizimlə paylaşsanız minnətdar olarıq. Qeyd edim ki, keçi biznesində südlə yanaşı, keçi əti və keçi balası satışı da əlavə gəlir gətirir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!