Keçi təsərrüfatında fəsillərə görə görüləcək işlər

İnvestisiya dəyərinin aşağı olması, istehlak üçün südünün seçilməsi və dondurma hazırlanmasında yüksək təlabatlı olması, təpəli və qayalı ərazilərdən daha yaxşı otlamaq qabiliyyətinin olması keçiləri digər təsərrüfat heyvanlarından fərqləndirir.

Keçən yazılarımızda keçi təsərrüfatı ilə bağlı çox geniş məlumatlar vermişdik. Keçi fermalarının qurulması, keçi süd sağma aparatları, keçilərin mələzləşdirilməsi və s… əhatəli şəkildə nəzərinizə çatdırılıb. Bu yazımızda sizlərlə keçilərin hər fəslə görə baxımı və onlara qulluq edilərkən diqqət edilməli nüansları bölüşəcəyik.

Bəzi davranışları qoyunlarla eyni olsa da, keçilər əsasən sərbəstliyi və sakit şəkildə güdülməyi istəyirlər.

Keçi təsərrüfatı qurmaq istiyənlər və ya quranlar bunlara diqqət etməlidirlər:

Payız və qış aylarında keçilərin bəslənməsi

Keçilər fərqli bölgələrə eləcə də o bölgənin iqliminə uyğunlaşıb yaşayırlar. Keçilərin cinsinə görə uyğunlaşdığı ərazidən fərqli yerdə yaşaması onların təsərrüfatda faydasını aşağı salır. Keçilər dəri altında olan piy qatının və yununun nazik olmasına görə soyuğa və yağışa qarşı daha həssasdırlar. Bəzi cins keçilər yunun qalın olmasına görə digərlərinə nisbətən daha dözümlü olurlar. Lakin qırxımın soyuq aylarda olmamasına diqqət etmək vacibdir. Çünki soyuq havada külək və yağışa qarşı həssaslıq artır. Keçilərin xəstələnməməsi üçün soyuq havalarda əsasən də qış aylarının şaxtalı havalarda onlar üçün qurulmuş qapalı tövlələrdə saxlanmalıdırlar. Axurların yaxşı olması heyvanın sağlamlığı və faydalılığı üçün təsiredici amildir.

keçi təsərrüfatı - keçi saxlamaq agroexpert.az

Heyvanların olduqları yerlərin quru və təmiz olmasına diqqət etmək lazımdır. Belə ki tavan və divarlar nəm olmamalıdır. İçərinin tempraturu 25-26˚C istilik də olması onların süd vermə qabiliyyətini artırır.  Qış aylarında su borularının donmaması və təmiz havanın təmin edilməsi üçün istilik və izolyasiyanı təmin etmək mütləqdir. Yemlənməsinə görə keçilər qış aylarında yalnız yem və qurudulmuş ot ilə təmin edilir.

Yaz və yay aylarında keçilərin bəslənməsi

Keçilərin sürü halında yaşamaq qabiliyyəti qoyun və mal-qara ilə müqayisədə çox zəifdir. Ona görə onlar üçün otladıqları otlaqların geniş olması vacibdir. Keçinin günlük məşğuliyyətinin 1/3-ini qidalanma təşkil edir. Keçi qoyuna nisbətən daha tez yem tapır. Lakin çox hərəkətli və seçici olduqları üçün çox məsafə gəzirlər. Keçilər otlaqda 14-14km dolaşa bilirlər. Buna görə də çox bitki növü ilə qarşılaşırlar. Bu səbəbdən çox çeşidli bitkilərlə qidalanırlar.

Isti aylarda keçilərin saxlandığı yerlərin havalandırılması çox vacibdir. Belə ki, qış aylarında tempraturun yüksək olması sabitləndiyi kimi, isti fəsillərdə də tempratur aşağı olmalıdır. Bu heyvanların faydalılığına öz təsirini göstərir.

Ümumiyyətlə tövlələrdə işıqlandırma üçün pəncərələrin qoyulması lazımdır. Çüniki günəş işığı heyvana çox müsbət təsir edir. Isti havalarda otlaqlara çıxarılan heyvanlar demək olar ki, əlavə yemlənməyə ehtiyac duymazlar. Çox az miqdarda yem təlabatları olur. Təbii otlarla qidalanan heyvanlar daha keyfiyyətli məhsul verirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669