Keçibuynuzu necə istifadə olunur və faydaları nələrdir

Keçibuynuzu Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Planetimizin ən qədim bitkilərindən biridir. Ana vətəni cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Əlcəzair, Fələstin və Liviyadır. Olduqca qidalandırıcı və fərqli dadı ilə xüsusi bir qida növüdür. Bir neçə yüz il əvvəl şəkər əvəzinə şirniyyatlarda istifadə olunurdu.

Ağac bir sıra qəribə xüsusiyyətlərə sahibdir. Belə ki,

agroexpert_az keçibuynuzu
  • Təxminən 5000 ildir tanınır.
  • Keçibuynuzu ağacı ilk 15 il heç meyvə vermir.
  • Sonra isə 1000 kq-a yaxın bəhər verə bilir.
  • 8-10 metr yüksəkliyində, daim yaşıl qalan bir ağacdır.
  • Qara keçi buynuzun içində isə meyvələri olur.
Bəs keçibuynuzunun faydaları nələrdir?
  • Tərkibi A, B və E vitaminləri ilə bol miqdarda kalium, kalsium və fosforla zəngindir.
  • Keçibuynuzu kalsiumla zəngin (süddən 3 dəfə çox) olduğu üçün dişlərə xeyirlidir.
  • Tərkibindəki E vitamininə görə öskürəyə, qripə, sümük əriməsinə və qan azlığına xeyirdir.
  • Yüksək xam sellüloza, bağırsaq narahatlığına və mədə xorasına çox təsirlidir.
  • Ürəyə xeyirdir. İnsan orqanizminə daxil olan radiasiyanı bədəndən xaric edir.
  • Yüksək natrium və kalium sayəsində təzyiq, qaraciyər və ağciyərə çox faydalı təsirləri var. Qanın zəhərli maddələrini təmizləyir.
  • İshal və qəbizlikdən əziyyət çəkən hər kəsin istifadə etmələri üçün lazım olan bir meyvədir.
  • Tərkibində yüksək şəkər olduğundan şəkər xəstəliyi olanların istifadəsi məsləhət görülmür.
  • Ağrı kəsici, antiseptik, immuniteti gücləndirmə vasitəsi kimi də istifadə oluna bilər.
  • Keçi buynuzu eyni zamanda sperma sayını artıran özəlliyə malikdir. Aktiv sperma sayı az olan və az sperma sayından uşağı olmayan ata namizədlərinin istifadə etməsində böyük faydası vardır.
Keçi buynuzu necə istifadə edilir?

Ayrıca keçi buynuzundan bəhməz də hazırlanır. Hər gün nizamlı olaraq müalicəvi keçi buynuzu bəhməzi yeyərək xüsusi ilə qan azlığı çəkənlərə və sperma azlığından şikayət edənlərə çox faydalıdır. Keçibuynuzu doşabının faydaları haqqında bu məqalədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Meyvələri təzə və quru olaraq yeyilir. Keçi buynuzunun yarpaqları və budaqlarının qurudulub qaynadılaraq çay kimi içilməsi də faydalıdır.

Kişi sonsuzluğuna, sperm sayının azlığına qarşı Türk pr. İbrahim Saracoğludan resept: 0,5 lt. qaynanmış suya 6-7 ədəd keçibuynuzunu xırda-xırda doğrayırıq. Ağzı qapalı olaraq vam odda 3 dəq. qaynadırıq. Sonra söndürüb 20 dəq. saxlayırıq. Sonra qaşıqla keçibuynuzlarını çıxardırıq. Soyuyandan sonra yarısını ac qarına səhər, yarısını da axşam yatağa girəndə içmək lazımdır. 1 həftə belə içilir. I həftədən sonra 3 ay boyunca hər gün axşam yatanda 1 su stəkanı içilməlidir. Allah (c.c.) şəfa versin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика