Keçilərdə köpmə zamanı ilk yardım

Keçi keyfiyyətli və təmiz süd verən bir ev heyvanıdır.  Keçilər qarışıq mühitlərə yaxşı adaptasiya olur, demək olar ki, bütün yeməkləri yeyir, yeməkləri asanca tapır və problem yaratmır. Keçilər nadir hallarda xəstələnir. Ancaq həmin xəstə heyvan üçün nə etmək lazım olduğunu və necə müalicə ediləcəyini bilmək mütləqdir.

Keçi xəstəlikləri yoluxucu olmayan, yoluxucu və parazitar olaraq ayrılır.
agroexpert.az keçilərdə köpmə

“Sürüdən ayrı qalmaq” keçi sürülərində nəzərə alınmalı və müşahidə ediləcək vacib məsələlərdən biridir. Sürüdən ayrı olan və sürünün arxasında qalan keçilər yoxlanılmalıdır.

Keçilərdə köpmənin ənənəvi üsullarla sağaldılması

Köpmə həm insanlarda, həm heyvanlarda olan, yediyi yeməyin təsirindən mədə-bağırsaq sistemində yaranan qaz problemdir. Bu problem əsasən yenidoğulmuşlarda daha çox rast gəlinir. Həm iribaşlı, həm xırdabaşlı heyvanların qarşılaşdığı bu problem ölümlə nəticələnə bilir. Köp baş verdiyi zaman heyvana təcili müdaxilə etmək lazımdır.

Köpməsi olan heyvanın ön ayaqları iki pillə nərdivana çıxarılır. Ön ayaqları yüksəkdə qalan heyvan qaz çıxarır və qarındakı şişkinlik keçir. Bir çox heyvanda eyni vaxtda qarın köpməsi olanda isə heyvanlar bir təpənin başına doğru sürülür, təpəyə doğru gedən heyvanların köpməsi keçər.

Xalq arasında istifadə olunan başqa bir üsul isə bir stəkan maye bitki yağı və mayanı suda həll edib içirtməkdir. Bu üsulla da keçi və qoyunlarda köpün tez keçdiyi təsdiq olunub.

Qarnı şişən keçiyə qətran iylədilir. Heyvanın qarın şişməsi bir neçə dəqiqə ərzində azalmağa başlayır. Bu şəkildə heyvan ölümdən xilas olur.

Şişmə halları tez bir zamanda aradan qaldırılmazsa baytar həkimə müraciət edilməlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

Heyvanlarda köp. Köpün səbəbləri.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir