Kəklik yetişdirmədə Türkiyə təcrübəsi

Keçən əsrlərə qədər şah süfrələrinin bəzəyi olan kəklik bu gün zalların divarlarını bəzəyir. Yabani şəraitdə yaşayan və 14 növü məlum olan kəklik son vaxtlar ev quşu olaraq saxlanılır və hətta Türkiyədə bu sahə olduqca böyük qazanc gətirir. Vəhşi təbiətdə yabanı şəkildə yaşayan kəkliklərində yüksək sayda azalma yaranıb. Buna səbəb ovlamaqda məlumatsızlıq, təsərrüfatda səhv və çox dərmanların istifadəsidir. Lakin süni ov sahəsi yarada bilərsiniz. Məsələn elə kəklik ovu üçün təsərrüfat sahəsi qura bilərsiniz.

Kəklik təsərrüfatı

Ləzzətli ətindən əlavə yumurtası ilə də məşhurdur. Başqa quşlarla müqayisədə yetişdirmək daha rahat və az xərc tələb edir. Türkiyədə ən çox yetişdirilib yeyilən kəklik növü “xınalı kəklik”dir.

Qırqovuldan daha kiçik və bildirçindan daha böyük olan kəkliklərin orta çəkisi 500 ilə 750 qram arasında olur. Ev quşları arasında qəfəsdə böyütmək üçün ən uyğun növ olduğunu söyləyə bilərik. Yetiştiricilərin diqqət etməsi lazım olan əsas xüsusiyyət, bir qəfəsdə 3 dişi bir erkək kəklik saxlamaq uyğundur.

Kəklikotunun ziyanlı tərəfləri

Dişi kəkliklər orta hesabla aprel ayında yumurtlamağa başlayır və bu proses avqust və sentyabr aylarına qədər davam edir. Bir mövsüm adlanan bu dövrdə təxminən 50 yumurta verir. Bildirmək istərdik ki, bu yumurtalar xüsusi inkubatorlarda saxlanılmalı və gündə ən azı 4 dəfə çevrilməlidir. İnkubatoru olmayan təsərrüfatçılar cücələri toyuqların altına qoyaraq cücə çıxara bilərlər. İnkubasiya dövrünün standartlardan asılı olaraq təqribi 24 gündür. Böyümə və inkişaf olduqca sürətlə gedir. İnkubator aparatında minimum istilik 21 və maksimum 33 dərəcə olmalıdır. Kəklik qəfəsindəki rütubətin inkişafa uyğun olaraq 69 ilə məhdudlaşmasını söyləyə bilərik. Bir qəfəsdə saxlanmalı olan kəkliklərin sayı təsərrüfatın vəziyyətinə görə dəyişir.

Cücələrin baxımı və cücələrə qulluq

Cücələri saxlayacağınız yerin döşəməsi ayaqlarına zərər verməyəcək nazik məftillərlə örtülü və çox mərtəbəli qəfəslər ola bilər. Bundan əlavə yerdə də baxlıması mümkündür. Bunun üçün xüsusi qəfəsə ehtiyac yoxdur. Cücələri saxlanılan yerin tempraturu ilk günlər 33 dərəcə olmalı və hər gün 1 dərəcə azalaraq 21 dərəcəyə qədər endirilib bu dərəcədə saxlanmalıdır. Quşların bir-birini dimdikləməmələri üçün dimiklərinin ucu kəsilməli, işıq azaldılmalı və yaşıl ot verilməlidir. Kəklik cücələrinə yem fabriklərində hazırlanan 30%-li protein tərkibli yem verilir.

Sığınacaqları
kəklik təsərrüfatı agroexpert.az

Kəkliklər böyük sürülər şəklində saxlanıla bilər. 14 cüt kəklik üçün 3 metr böyüklüyündə, 2 metr hündürlüyündə olan qəfəslər kifayət edir. Əgər kəklik sayını daha da çoxaltmaq lazım olsa qəfəslərin həcmini saya uyğun təşkil etmək lazımdır. Bu qəfəslərin içində 100 kəklik üçün 1 metr uzunluğunda yemlik, 4.5 litr su tutan qab kifayət edir.

Qeyd edək ki, tülkü, pişik, çaqqal kəkliklərin ən böyük düşmənidir. Bu heyvanlardan və qarğa, sərçə kimi quşlardan qorumaq üçün qəfəslərin ətrafı da nazik məftillərlə əhatə olunmalıdır. Kəkliklərin nəsillərinin tükənməsinin qarşısını almaq və saylarını artırmaq üçün ovlamağı şüurlu bir şəkildə etmək və bundan əlavə yetişdirmək lazımdır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!