Kəklikotunun ziyanlı tərəfləri

Kəklikotu təkcə çaya ətir vermək üçün istifadə olunmur.

Bildiyimiz kimi o çox faydalıdır. Bir çox dərdin dərmanıdır. Həmçinin zövqə görə bir çox yeməyə ədviyyat kimi əlavə olunan kəklikotu ət və balıq yeməklərinə xüsusi ləzzət verir.

Lakin hər bir məhsulun olduğu kim, kəklikotunun da ziyanlı tərəfləri vardır. Bu bitkinin dəmləməsi və çayı bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən kəklikotunu dərman kimi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin laktasiya dövründə  onun istifadəsi faydalıdır.

Kəklikotunun çoxlu miqdarda qəbul edilməsi arteriyal təzyiqin qalxmasına səbəb olur. Bu səbəbdən hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri  məsləhət görülür.kəklikotu ziyanı haqqında

Ekoloji cəhətdən təmiz olmayan rayonlaradan toplanan məhsul orqanizmə ziyan vura bilər.

Çünki digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə toplayır.

Həmçinin, mədə yarası olan insanlar üçün bu bitki məsləhət görülmür. O selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.

 

 

 

 

5 thoughts on “Kəklikotunun ziyanlı tərəfləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!