Kələm bitkisinin yetişdirilməsi

Kələm bitkisi, bir çox yeməkdə istifadə edilən hətta dolması da hazırlanan bir bitkidir. Faydalı tərəvəz olan kələm bitkisinin eyni zamanda ağ kələm, brokkoli və brüssel kələmi kimi bir çox fərqli növü becərilir. Ancaq bir çox bitkidə, tərəvəzdə və meyvədə olduğu kimi kələm yetişdirilməsində və qulluqda da əhəmiyyətli nöqtələr var.

kələm
  • Əvvəlcə kələm şitilinin keyfiyyətinə diqqət etmək lazımdır.
  • Daha sonra isə müntəzəm fasilələrlə yalnız kök hissəsi suvarılmalıdır
  • Damcı su ilə torpağı qidalandırmaq daha sürətlə inkişaf etməsinə köməçki olacaqdır.
  • Boy atdıqca torpaq zərər vermədən qarışdırılmalıdır.
  • Yığılma vaxtı gəlmədən toplanmamalıdır və müntəzəm fasilələrlə mütləq kök hissəsi suvarılmalıdır.
  • Əkilən kələm şitilinin səmərəli və orqanik olması üçün şitilin əkinindən etibarən böyüyənə və biçin vaxtı gələnə qədər mütləq bu mühüm nöqtələrə diqqət edilməlidir.
Kələm şitili nə vaxt əkilir?

Kələm şitili əkini üçün ilin ən doğru vaxtı havanın küləksiz və eyni zamanda sərin olduğu sentyabr, oktyabr və noyabr ayları olur.

Kələm çitilinin əkiləcəyi vaxt günəşin çıxmaq tərzi və verdiyi istilik olduqca əhəmiyyətlidir, ona görə də şitil torpağa əkilərkən mütləq günəşin tərzinə uyğun gələn bir yerə əkilməlidir.

Günəş görən bir yerə əkiləcək olan kələm şitilləri; Torpaq kökü tamamilə içinə girəcəyi qədər eşildikdən sonra torpağa basdırılır və şitilin kökünün üstü örtüldükdən sonra üzərindən ilk can suyu verilir.

Kələm şitilinin sağlam şəkildə böyüməsi, ya da qısa müddətdə tələf olması şitilin əkilməsindən sonra əvvəlcə torpağa bağlıdır. Kələm, qətiyyən asidli ( turş) torpağı xoşlamır, bu səbəblə də turş torpaqlar kələm şitili əkilmək üçün münbit torpaqlar deyil.

Kələm şitilinin əkimi payız aylarında doğru addımlar ilə əkildikdə bir neçə ay sonra böyüməyə başlayacaq , hətta qısa müddət sonra biçiləcək hala gələcəkdir.

Kələm şitili necə yetişdirilir?
kələm

Suyu çox sevən bir bitki olan kələm bitkisi, suya olan bağlılığı səbəbi ilə qətiyyən şoran və quraq torpaqlarda yetişmir.

Kələm yetişdirilmə prosesində ən mühüm məqamlardan biri suvarmadır. Böyümə zamanı kələm bitkisinin böyümə sürətinə eyni miqdarda su vermək lazımdır. Əks təqdirdə susuz qalan kələmlər çox tez tələf olacaq.

Kələm yetişdiriciliyində bir digər mühüm məqam torpağı yumşaltmaq prosesidir. Kələm bitkisi yetişərlən lazımi vaxtlarda, yəni torpağın üzərində qalın və sərt bir təbəqə olduqda mütləq kətmənlə torpaq yumşaldılmalıdır.

Kələm yetişdiriciliyində kələmin sağlam şəkildə böyüməsi üçün digər bir mühüm məqam kələmləri zərərli ot və böcəklərdən qorumaqdır. Kələm əkərkən kələmləri zərərli otlardan və həşəratlardan qorumaq üçün bir sıra aqrokimyəvi dərmanlardan istifadə edilməlidir. Əks təqdirdə bu otlar və həşəratlar kələmlərə zərər verəcəkdir.

Kələm bitkisinin əkin müddətindən ən gec 6 ay sonra biçin vaxtı gəlir. Kələmin biçin vaxtı gəldiyi isə kəsiləcək boya gəlməsi ilə başa düşülür. Kəsiləcək boya gələn kələmlər torpağın səviyyəsində köklərindən çəkmədən torpaq üstündən bıçaq ilə kəsilərək biçilməlidir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика