maraqli Tərəvəzçilik

Kələm haqqında nə bilirik ???

agroexpert4454Günlük qida rasionumuza daxil olan, dolması ləzzəti ilə məşhurlaşan, salatlara xoş dad verən kələm haqqında nə bilirik?

Kələm haqqında çox danışmaq olar. Qədim tarixə malikdir. Bir çox təcrübə və sınaqlardan keçərək bu günə qədər gəlib çıxmışdır. Belə ki, o 14 min il əvvəl mədəniləşdirilib. Kələmin vəhşi sortları Aralıq dənizi rayonunda bitir. Sonralar bu tərəvəz Atlantik okeanının Avropa sahillərinə qədər yayılmışdır.

Kələm sortlarından yarpaq kələmin mədəniləşdirmə tarixi daha qədimdir. Bununla yanaşı gül kələmi və kolrabi də qədim tarixə malikdir.
Deməliyik ki, kələm qədim Misirdə tanınan bitki idi. Yunanıstan isə onunla tanışlığa bizim eradan əvvəl başlayıb.

« Bir çox dərdlərin dərmanıdır. »

Kələmin faydası antik dövrün ədəbiyyatında ətraflı əksini tapmışdır. Orta əsrin bir təbabət kitabında göstərilir ki, kələm «bir çox dərdlərin dərmanıdır». 6 əsrdir ki, romalılar ondan müalicə vasitəsi kimi istifadə edirlər. Romada həqiqətən, uzun müddət ondan əsas qida kimi istifadə etmişlər. Burada kələmin 8-10 sortunu əkib-becərirdilər.
M.Katon yazırdı ki, << Kələm göyərtilərin başıdır. Onu çiy də, bişmiş də ye. Çiy yesən sirkəyə batır. O, bir möcüzə kimi həzmə kömək edir, mədəni nizama salır…>> Katon kələmdən müalicə üçün nə qədər istifadə etmək barəsində o dövrdə məsləhətlərini qeyd edib. Əlbəttə, bu fikirlərin çoxunu ciddi qəbul etmək olmaz. Lakin bununla belə bu qeydlər bir daha göstərir ki, xalq arasında kələm o zaman böyük şöhrət tapmışdı.

Qərbi Avropada əvvəllər yarpaq kələm yayılıb. Orta əsrlərin axırlarında avropalılar başqa kələm sortlarına da diqqət yetiriblər. Məsələn, İspaniyada gül kələm hələ XII əsrdə məlum olub. Onun vətəni Kipr adasıdır. Avropanın digər ölkələrinə də buradan (XVI əsr) yayılmışdır. kələm haqqında nə bilirik? kələmin faydaları . kələmin vətəni haradı?
Alman alimi Bok 1661-ci ildə yazırdı: « Kələmin keyfiyyəti və hörmətini təsvir etməyə kimin gücü çatar? Almaniyada kələmdən faydalı, saf, hamı tərəfindən xoşlanan, həmçinin heyvana da verilən bitki varmı? Kəndli bizim ölkədə şərabsız qala bilər, amma kələmsiz yox. »

Bu tərəvəzi qədim Qafqazda, Kolxida vadisində gürcülər VIII-IX əsrlərdən etibarən becərmişlər.
XI əsrdə «Kiyev Rus»unda kələm geniş miqyasda yetişdirilirdi. Qeyd edək ki, «kapusta» sözü latınların «kaputium», yəni «baş» sözündən əmələ gəlmişdir.
Qədimlərdən, təqribən min il bundan əvvəl Rusiya şəhərlərində ən çox yeyilən duru xörəklərdən biri «şi» adlanırdı. Onun da əsas tərkibini kələm təşkil edirdi. Bu xörəyin kütləviliyi indi də davam etməkdədir.
Orta əsrlərdə Rusiyada kələmi duzlamaq çox dəb olub. Duzlu kələmi saxlamaq da o dövrdən qalmışdır.
Müasir dövrdə kələm bütün dünyada tərəvəz kimi bol-bol işlənir. Onun tərkibində aşkar edilmiş «B» vitamini mədə yarasının sağalması üçün yaxşı bir vasitədir.

 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: