Kələmdən hazırlanan kotlet reseptləri

Kotlet uşaqların sevimli yeməyidir. Bu yeməyi fərqli reseptlərlə hazırlamağı düşünmüsünüz? Kələmdən hazırlanan kotlet reseptləri ilə uşaqlarınızı sevindirəcəksiniz.
Bilirik ki, kələm olduqca faydalı və asanlıqla fərqli şəkildə istifadə oluna bilən qidalardan biridir. Gül kələmi, brüssel kələmi və s. kimi müxtəlif növlərə sahibdir. Lakin bugün biz hər kəsin bildiyi, istifadə etdiyi adi kələmdən hazırlanan reseptləri sizlərə təqdim edirik.
KƏLƏM KOTLETİ – BİRİNCİ RESEPT
Lazım olan ərzaqlar:
- 400 q kələm turşusu
- 500q kartof
- 1 baş soğan
- un
- 1x.q bitki yağı
- 1 yumurta
- duz, istiot
- qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası:
Kartofu təmizləyib doğrayırıq, qaynayan duzlu suda 20 dəqiqə bişirik. , Sonra suyunu süzüb püre hazırlayıq. 1 Yumurtanı əlavə edib qarışdırıq. Kələmin suyun sıxıb, doğrayırıq. Soğanı xırda doğrayıb 1 x.q. bitki yağında 5 dəqiqə qovuruq. Kələm və soğanı kartof püresinə əlavə edik. Duz, istiot vurub, qarışdırıq.
Bu kütlədən kotlet tutub una batıraraq, bitki yağında qızardırıq. Hər üzünü təxminən 1,5 dəqiqə qızardıq. Süfrəyə xama və ya kərə yağı ilə verilir.
Kələm kotleti – İkinci resept
Lazım olan ərzaqlar:
- 1 kq kələm
- 1 soğan
- 2-3 diş sarımsaq
- 1 yumurta
- 1/2 st. manna
- suxarı
- şüyüd, göy soğan
- duz, istiot
- bitki yağı
Hazırlanma qaydası:
Kələmin ortasını çıxarıb bir neçə yerə bölürük. Duzlu suda təxminən 4-5 dəqiqə bişirik. Sonra sudan çıxarıb aşsüzənə qoyuruq ki, suyu çəkilsin. Daha sonra suyu çıxsın deyə ət maşınından keçirik. Soğanı da ət maşınından keçirib kələmə əlavə edik. Yumurta, duz, istiot, əzilmiş sarımsaq, xırda doğranmış şüyüd və göy soğan əlavə edib qarışdırıb, manna əlavə edirik. Alınan qarışığı hissələrə bölüb kotlet hazırlıyırıq. Kotletləri suxarıya batırıb qızardırıq.
Nuş olsun 🙂