Kələmin orqanizm üçün nə kimi faydaları var?

Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.

Agroexpert.az xəbər verir ki, qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.

Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.

1. Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir.

kələm sovkası

2. Podaqra, oynaq xəstəliklərindən əziyyət çəkənlər mütləq kələm yeməlidir ki, bu tərəvəz orqanizmdə sidik turşusunun səviyyəsini aşağı salır. Məhz sidik turşusunun səviyyəsinin artması bir çox oynaq xəstəliklərinin əsas səbəbidir.

3. Kələm güclü iltihabəleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın səviyyəsini aşağı salır.

4. Kələm xərçəngdən qoruyur. Bu xüsusilə süd vəzi xərçənginə aiddir.

5. Qida lifləri ilə zəngin olduğundan kələm bağırsaqları çox yaxşı təmizləyir, qəbizliyi müalicə edir.

6. Kələm ürək və damar xəstəliklərinin riskini azaldır, xolesterinin səviyyəsini və arterial təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.

7. Kələm dərini gözəl, təmiz və sağlam edir.

Kələmdən maksimum fayda almaq üçün onu salatlara əlavə etmək lazımdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669