Kənd Təsərrüfatı Nazirliyi tərəfindən suvarılma ilə bağlı aparılan elektron müraciətdən xəbərdarsınızmı?

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən suvarılma ilə bağlı aparılan elektron müraciətdən xəbərdarsınızmı? Nə dərəcədə yararlana bilmisiniz? Əkinçiliklə məşğul olan hüquqi və fiziki təsərrüfat sahibləri suvarma qrafikləri ilə bağlı kifayət qədər məlumatlıdırlar?

Bildiyiniz kimi torpaq aqrar sahənin əsas istehsal vasitəsi və yerin üst münbit qatıdır. O, insanları qida, heyvanlar aləmini yemlə, sənayeni isə xammalla təmin edir. Ölkəmizdə kənd təsərrüfatı bitkilərinin bütün il ərzində becərilməsinə imkan verən təbii-iqlim şəraiti var, torpaq fondunun 52,4 faizi kənd təsərrüfatına yararlıdır. Bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyidir.

Suvarma qrafikləri və statistik nəticələr
Suvarma qrafikini imzalayan istehsalçılar və əkin sahələrinin sayı

Statistika cədvəlinə əsasən apardığımız araşdırmada Azərbaycan rayonlarından 45 rayon suvarma qrafiki üçün qeydiyyatdan keçib. Respublika üzrə məlumat təqdim etmiş kəndlərin ümumi sayı 873-dür. Hüquqi və fiziki şəxslərin müraciəti əsasında qurulan qrafikdə əkin sahələrinin hektarı əsasında veriləcək suyun miqdarı müəyyən edilir.

Maraqlısı buradadır ki, bəzi rayonlarımızın kifayət qədər əkinçiliyə yararlı ərazisi olduğu və əraziyə xas müxtəlif məhsullar yetişdirildiyi  halda dövlət statistik cədvəlində suvarılma ilə bağlı heç bir müraciətləri qeydə alınmayıb. Bunun məlumatsızlıq, yoxsa fərqli səbəblərdən yarandığını və həmin ərazilərdə qeydiyyatın təmin edilməsi üçün hansı addımların atıldığı maraqlı suallardandır.

Balakəndə 49 inzibati kənd olduğu halda həm fiziki, həm hüquqi şəxslər üçün müraciət edilməyib. Torpağının kifayət qədər əkinçiliyə yararlı olduğu bu rayondan başqa respublikanın bir çox rayonlarından da aşağı müraciət göstəriciləri var. Məsələn, Tərtərdə yalnız 1, Samuxda 4, Zərdabda 2 kənddən qeydiyyata alınma var.

Bəzi rayonlarda isə vəziyyət bir qədər yaxşı görünsə də, 50,60,70 və daha çox kəndi olan rayonların 10-20-30 kəndindən müraciətlər var. Ölkədə əkinçilik təsərrüfatı inkişaf edib və sahələr həm hüquqi, həm fiziki şəxslər tərəfindən becərilir. Bəs müraciətlərin olmama səbəbi və ya aşağı olması nə ilə əlaqədardır?

Məlumat üçün sizə təqdim etdiyimiz linkdə daxil ola bilərsiniz.

Bəs cədvəlin necə tərtib edilməsi haqqında məlumatınız varmı?

Suvarma cədvəlinin tərtib edilməsi

Kənd təsərrüfatı məhsulları istehsalçıları suvarma suyu ilə təchizatı təmin etmək üçün fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və ya Sudan İstifadəedənlər Birliklərinə müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında iştirak etmələri vacibdir.

suvarılma qrafiki agroexpert.az

Suvarma rejimi dedikdə əsasən gecə (A) və gündüz (B) rejimi nəzərdə tutulur. Saat 20:00-dan 06:00-a qədər göstərilən müddət gecə rejimi (A), saat 06:00-dan 20:00-a qədər olan vaxt isə gündüz rejimi (B)ni əhatə edir. Tutulmuş qrafikə əsasən su istehlakçısının bir neçə torpaq sahəsi və ya əkin növü ola bilər. Bu halda hər bir torpaq sahəsi üzrə əkin növü (buğda, arpa, qarğıdalı, yonca, pambıq və s.) cədvəldə alt-alta ayrıca sətirdə qeyd olunur, qarşısında sahəsi və veriləcək suyun həcmi göstərilir.

Su istehlakçısı üçün hər on günlükdən ən çoxu 3 (üç) gün əvvəl “Azmelsutəsərrüfat” ASC-nin yerli bölməsinin telefon nömrəsinə zəng etməklə suyun verilmə tarixi və saatı barədə məlumat əldə etmək imkanı yaradılır. Suvarma qrafikində dəyişiklik edilməsi lazım gəldikdə bütün tərəflərin imzası ilə təsdiqlənərək yeni qrafik tərtib olunur və dəyişiklik edilsə də yuxarıda göstərilən qaydada dərc olunaraq tətbiq edilir.

Tərtib edilən cədvəl illik hər ayın ayrıca 10 günlüyü üzərində qurulur. Əlavə olaraq əkin növü və sahənin ölçüsü də qeydə alınır.

  • Suvarma qrafikinin forması ilə tanış olmaq üçün PDF faylı buradan yükləyə bilərsiniz.
  • Suvarma qrafikini doldurmaq üçün EXCEL faylı buradan yükləyə bilərsiniz.

Nəticələrinizlə bağlı bizləri də xəbərdar etməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!