Kənd təsərrüfatı dronları nə işə yarayır?
Yəqin ki, az çox hər kəsin dron haqqında məlumatı var. Lakin yenə də qeyd edəki ki, film, video, foto çəkilişlərdə çox geniş istifadə olunan yeni texnologiya növüdür. İnsanların işini asanlaşdıran bu yenilik artıq istifadə sərhədlərini aşıb. Drondan fərqli məqsədlər üçün istifadə olunur.
Demək olar ki, artıq dronlar dünyada günlük istifadə edilən texnoloji alətlərdən birinə çevrilib. Həmçinin, Karqoda, kənd təsərrüfatının müxtəlif sahələrində də çox rahatlıqla istifadə edilir. Karqoda Necə istifadə edilir ? Bu sualın cavabı növbəti məqaləmizdə qeyd olunacaq.

Bugün isə kənd təsərrüfatında dronun istifadəsindən bəhs edəcəyik. Dron kənd təsərrüfatında böyük faydaverici qabiliyyətə sahibdir. Xarici ölkələrdə əkinçilikdə və heyvandarlıqda dronlardan istifadə hər gün bir az daha artır. Lakin getdikcə şöhrəti artan və istifadəsi genişlənən dronların kənd təsərrüfatında istifadə olunması haqqında bizdə elə də məlumat yoxdur. Bu haqda daha çox həmin sahədə çalışanlar bilir. Yəni, texnologiya ilə maraqlananlar, istifadə edənlər, aqro sahəsində texnoloji cəhətdə çalışanlar və bəzi fermerlər, agronomlar məlumatlıdırlar. Halbu ki, bu texnologiya ölkəmizdə kənd təsərrüfatımızda böyük qazanc-fayda əldə edə bilməyimizə köməkçi olacaq. Xüsusiylə ərazimiz fərqli relyef və iqlim göstəricilərinə malik olduğu üçün.
Əkinçilikdə dron texnologiyasını tətbiq edə biləcəyiniz sahələri sadalasaq, bura aşağıdakılar daxildir:
- Xəritəçəkmə,
- ölçmə,
- gübrələmə,
- xəstəlik və zərərvericilərin aşkarlanması,
- dərmanlanmsı,
- əkin sahələrinə günlük müşahidələr,
- əldə olunan nəticələrin dəyərləndirilməsi və s.
Xüsusiylə, bu tətbiqləri yerinə yetirmə bacarığı olan dronlar istehsal edilib və münasib qiymətə satışa çıxarılıb.
Dronlar nə işə yarıyırlar? Sadəcə uçur və şəkil çəkirlər? Təbii ki də yox.

Aqro dronlar son 4-5 ildə kənd təsərrüfatında həyata keçirilən işlərin istiqamətini, müddətini və keyfiyyətini böyük şəkildə dəyişdirməyi bacarıb.
Xüsusi olaraq əkinçilik sahəsində bu irəliləyiş özünü aydın göstərir. Dronlar təbii fəlakətdən sonra dəymiş ziyanı müəyyən edə bilir, məhsulun fizyoloji inkişafını izləyə bilir, tarlada yayılmış xəstəlik və zərərvericiləri müəyyənləşdirir, qoruma və mübarizənin hansı hissəyə tətbiq edilməsini bildirə bilir.
Bunun üçün ilk olaraq ərazi üzərində ön uçuş aparılır, izlənilir, zərərin və ya xəstəliyin növü müəyyənləşdirilir. Sonra dronda mövcud olan dərmanlama çəninə uyğun olan dərman əalvə olunur. Dərmanla mübarizə bütün əraziyə tətbiq olunmadıqda, lokal olduqda bu bizim üçün xərclərin azalması və əkində təbii tarazlığın qorunması dəməkdir. Dron problemli bitkini müəyyən edir, şəklini çəkir, yerini işarələyərək sizə təqdim edir.

Tarlanızın kənarından içəriyə doğru bir addım atmadan, bütün tarlaya nəzarət edə bilərsiniz. Bu da əkinçinin işinin azalması üçün birinci və əsas amildir. Dronun istifadəsi çox çətin deyil. Düşünəndə ki, 7dən-70-ə çoxumuzun əlində ağıllı telefonlar var, deməli, hər kəs istifadə edə bilər.
Heyvandarlıqda drondan istifadə bir qədərdə asandır. Heyvanların izlənilməsi, omlarda baş verən dəyişikliklərin qeydə alınması, davranışlarına nəzarət edilməsi, hansı xəstəliyin əlamətlərinin olduğunu öyrənmək mümkündür.
İstər bitkilər, istərsə də heyvanlar üzərində dronu tətbiq etməkdə sizə əsas köməkçi istifadə edəcəyiniz proqram olacaq. Düzgün və sizə lazım olan proqramdan istifadə etməlisiniz.
Daha ətraflı öyrənmək üçün, sizə maraqlı olan suallara cavab tapmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin özünüz araşdırıb, müəyyən məlumatlar əldə edə bilərsiniz. Bunun üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz.
Qeyd edək ki,artıq dileri olduğumuz DJİ şirkətinin ən son texnologiyalar üzrə istehsal etdiyi DJİ Agras dronu vasitəsilə Ucarda qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparıldı.