Kənd təsərrüfatı heyvanlarının mövsümi qan-parazitar xəstəlikləri

Əzizova Aygün Aydın qızı Baytarlıq Elmi-Tədqiqat İnstitutu

Baytarlıq Elmi-Tədqiqat İnstitutu Parazitologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əzizova Aygün Aydın qızı qeyd edir ki, mövsümi xarakterli xəstəliklərə kənd təsərrüfatı heyvanları arasında geniş yayılmışdır.

Kənd təsərrüfatı heyvanlarının mövsümi xarakterli invaziyasına qan-parazitar xəstəlikləri aiddir.

Bu xəstəliklər mövsümi xarakter daşıyır və təbii iqlim şəraitindən asılı olaraq mart ayının sonlarından oktyabrın axırlarına qədər davam edir. Qan-parazitar xəstəlikləri – kənd təsərrüfatı heyvanlarının anemiya, lixoradka, atoniya, mədə-bağırsaq sisteminin pozğunluğu ilə xarakterizə edilən, iti və xroniki formada büruzə verən ibtidai parazitlər tərəfindən törədilən invaziyalarıdır. Respublikanın müxtəlif coğrafi bölgələrində kənd təsərrüfatı heyvanlarında geniş yayılmış, ağır formada təzahür edən və yüksək ölümlə nəticələnən – 5 tipi teylerioz, piroplazmoz, fransaielloz, anaplazmoz, babezioz qeyd edilməkdədir.

Xəstəlik keçiriciləri Ixodidae fəsiləsinə aid (otlaq gənələri) gənələrdir. Xəstəlik törədiciləri gənələrin bədənində – toxumalarda, hemolimfada və yumurtada, heyvan orqanizmində əsasən qırmızı qan hüceyrələrində lokalizasiya edir. Heyvanlarda əvvəlcə daxili orqanlarda, daha sonra periferik qanda çoxalırlar. Havanın temperaturu yüksəldikcə torpaqda yatmış gənələr otlaqlarda aktiv həyat tərzinə keçir, heyvanlara yapışaraq qan sovurarkən parazitləri heyvanın qanına ötürürlər. Eləcə də gənələr xəstə heyvandan törədicini udub xəstəliyin yayılmasına səbəb olurlar.

qan parazitar xəstəlik agroexpert.az

Respublikanın müxtəlif ekoloji-coğrafi bölgələrində qan-parazitar xəstəliklərinə yoluxma ilin mövsümindən asılı olaraq dəyişir.

Belə ki, düzənlik ərazilərdə yazın sonu, yayın əvvəli, dağlıq və dağətəyi ərazilərdə yay fəslinin ortalarında intensiv müşahidə edilir. Xəstəliklə yoluxmanın birinci piki yaz aylarında (aprel-may), ikinci piki isə yay aylarında (iyun-iyul), nadir hallarda isə qış aylarında (dekabr-yanvar) müşahidə edilir.

Son illərin tədqiqatları göstərir ki, daha çox rütubətli bölgələrdə qeyd edilən bu xəstəliklər artıq düzənlik əraziləri əhatə edən rayonlarda da intensiv qeyd edilməkdədir. Xəstəlik aşağıdakı əlamətlər ilə xarakterizə edilir

qan parazitar xəstəliklər agroexpert.az
  • yüksək hərarət (41,0-42,00C), l
  • imfa vəzilərinin şişkinliyi,
  • selikli qişaların saralması,
  • sidikdə qan, z
  • ülal komponentləri,
  • qanda eritrositlərin 3 dəfə azalması,
  • hemoqlobulinin aşağı düşməsi,
  • quru öskürək,
  • burundan irinli selik ifrazı,
  • tüklərin pırpızlaşması,
  • diri çəkinin azalması,
  • balasalma halları da müşahidə edilir.

Vaxtında müalicə aparılmadıqda tələfat baş verir, xüsusilə cavan heyvanlarda 60-80 % itkiyə səbəb olur. Xəstəlik törədicilərinin növündən asılı olaraq xəstəliyin inkubasiya dövrü 6-30 gün müddətində davam edə bilir. Qeyri-düzgün diaqnoz, vaxtında aparılmayan müalicə 6-7 gün ərzində heyvanların ölümünə səbəb ola bilir. Qızdırma xəstəliklərinə qarşı profilaktik mübarizədə əsas məqsəd keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan – üçlük adlanan bioloji “Zənciri” qırmaqdan ibarətdir.

Bu məqsədlə kimyəvi profilaktika vasitəsilə:

 – xəstəlik törədicilərini kənd təsərrüfatı heyvanlarına keçirən gənələr məhv edilməli,

— heyvanlar akarisid preparatlarla mart ayının sonuncu 10 günlüyündən başlayaraq çimizdirilməlidir.

qan parazitar xəstəliklər agroexpert.az

Transmissiv mövsümi xarakterli qan-parazitar xəstəliklərinin yayılmasının qarşısını almaq üçün invaziyanın təbii ocaqlığı təyin olunmalı, xəstəliyin baş vermə ehtimalı olan bölgələrdə (məsələn rütubət və temperaturu yüksək olan cənub, yüksək hərarət müşahidə edilən düzənlik ərazilərdə) epizootik durum daima nəzarətdə saxlanılmalı, heyvanlar mütəmadi müayinədən keçirilməli, xəstəliyin yayılma mövsümünü eləcə də inkubasiya müddətinin 6-30 gün davam etməsini nəzərə alaraq klinik və laborator qan analizləri aparılmalıdır. Xəstəliyin yayılma ehtimalı olan bölgələrdə keçirici gənələr və törədici parazitlərin coğrafi-ekoloji landşaftlarda növ tərkibinin sistematikası öyrənilməli, baş verə biləcək xəstəliklərin epizootologiyası tədqiq, təhlil edilib öncədən kompleks profilaktik tədbirlər planı hazırlanmalıdır. Xəstəlik keçirən gənələrin heyvan üzərində, onların saxlanıldığı binalarda və ətraf mühitdə məhv edilməsi, otlaqlarda yayılmasının qarşısının alınması məqsədilə mütəmadi dezinseksiya tədbirləri aparılmalı (dezinseksiya gənələrin və s həşəratların mexaniki, kimyəvi, bioloji üsullarla məhv edilməsinə yönəlmiş kompleks mübarizə tədbirləridir), otlaqlardan fermalara gələn heyvanlar üzərində olan gənələr mütəmadi olaraq toplanılmalı, intensiv yoluxma olduqda isə akarisid preparatlarla çimizdirilməlidir.

 Xəstəliyin kütləvi hala keçməməsi üçün təcili xəstə heyvanlar təcrid olunub, kimyəvi preparatlarla müalicə olunmalı və profilaktik tədbirlər aparılmalıdır. Xəstəliyin müalicəsində Butaleks, Bupajekt, Bupartek, 5 %-li Bupa-Smart, Buparvakvon preparatları parazitlərə qarşı yüksək effektivlik göstərir. Parazitotrop müalicə ilə yanaşı, mütləq simptomatik müalicə aparılmalı, heyvanlarda rezistentliyin yüksəldilməsi məqsədilə, onlar fizioloji tələblərə cavab verən tam keyfiyyətli, A, C, B12 vitaminləri, makro və mikro elementlərlə zəngin yemlərlə yemləndirilməlidir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669