Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının iclası

Noyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Aqrar Tədqiqatlar Mərkəzində “Gübrə ilə təminatda mövcud vəziyyət” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Subsidiyaların ödənilməsinə qərar

Respublika Komissiyanın iclasıNazir müavini qeyd edib ki, iclasda subsidiyaların ödənilməsinə dair qərar qəbul edilərək Maliyyə Nazirliyinə göndərilib. Onun sözlərinə görə, bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı özəl şirkətlərə, ümumilikdə, 102 milyon manatdan çox subsidiya ödənilib.

Aqrolizinq” ASC-yə bu vəsaitin 25 faizinin, özəl şirkətlərə isə 51 faizinin ödənilməsi barədə qərar qəbul edilib. Özəl şirkətlərin borclarının bağlanmasında məqsəd onların ölkəyə gübrə gətirməsini stimullaşdırmaqdır. Həm də maliyyə məsələlərinin həllinə kömək göstərməkdir. Burada əsas məqsədlərdən biri fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir. Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna böyük önəm verilir.

İlham Quliyev bildirib ki, əvvəllər ölkədə mineral gübrələrə tələbat o qədər də çox olmayıb. Aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində fermerlər əkin prosesində şumaltı və qidalandırıcı gübrələrdən geniş istifadə etməyə başlayıblar. Ona görə də mineral gübrələrə olan tələbatı artırıb. Ölkədə gübrəyə olan tələbat özəl şirkətlər tərəfindən ödənilir. Hesab edilir ki, gübrə ilə təminat məsələsində özəl şirkətlər daha fəal mövqe nümayiş etdirməlidirlər.

Fermerlərin gübrə ilə təminatındaKənd Təsərrüfatı Nazirliyinin ölkədə baramaçılığın inkişafına böyük önəm verdiyini deyən İlham Quliyev vurğulayıb ki, yem bazasının formalaşdırılması məqsədilə ayın sonuna kimi Azərbaycana Çindən daha 1 milyon ədəd tut tingi gətiriləcək.
Bu tinglər ixtisaslaşmış rayonlar üzrə baramaçılıqla məşğul olan fermerlər arasında bölüşdürüləcək.

Arıçılara subsidiyaların verilməsi ilə bağlı prosesin gedişatı haqqında məlumat verən nazir müavini qeyd edib ki, hal hazırda arıçılar Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət edərək arı ailələrini qeydiyyatdan keçirirlər. Bu prosesdə Azərbaycan Arıçılar Assosiasiyası ilə əməkdaşlığa böyük önəm verilir.

Mətbuat konfransında jurnalistlərin kənd təsərrüfatının müxtəlif sahələrinə dair sualları cavablandırılıb.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!