agroexpert.az_kend_teserrufati_sahesinde
Xəbərlər

Kənd təsərrüfatı sahəsində uğurlu nəticələr…

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2018-ci ildə uğurlu nəticələr əldə edilib. 

Kənd təsərrüfatı sahəsində

Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanları olub.
Həmçinin, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul yaradır.

agroexpert.az_kend_teserrufati sahesinde

Tərtər rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov  bildirib ki, 2018-ci ildə rayonda 26 min 109,3 hektarda kənd təsərrüfatı bitkiləri becərilib.

Əkinlərin 11 min 725,9 hektarı dənli və dənli paxlalı bitkilər, 5603,9 hektarı texniki bitkilər, 1515,4 hektarı kartof, bostan və tərəvəz bitkiləri, 7264,1 hektarı yem bitkiləri olub.

Uğurlu nəticələr

Ötən il 45 min tondan artıq dənli və dənli paxlalılar istehsal edilib.
İstehsal olunan məhsulun 30 min 984,4 tonu buğda, 13 min 190,8 tonu arpa, 676,4 tonu qarğıdalı, 18,1 tonu darı, 70,9 tonu noxud, 45,8 tonu lobya, 17,9 tonu soyadır.

Dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 2017-ci ilə nisbətən 15 sentner artaraq 38,2 sentner təşkil edib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41,1 sentner, arpa üzrə 32,9 sentner olub.

Bundan əlavə, il ərzində təsərrüfatlarda 5483,6 kartof, 14 min 237,2 ton tərəvəz, 1,1 ton bostan məhsulları, 3688,3 ton dən üçün günəbaxan istehsal edilib.

agroexpert.az_kend_teserrufati

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi bu istiqamətdə də inkişafa nail olunub.

Rayonda 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir.
2018-ci ildə 100,9 hektar sahədə yeni meyvə bağları və giləmeyvəlik, o cümlədən, aşağıda qeyd olunan tingləri yetişdirilib və yeni fındıq bağları salınıb:

  • 32,8 hektarda xurma;
  • 24,3 hektarda şaftalı;
  • 9,9 hektarda armud;
  • 8,2 hektarda gilas;
  • 6,9 hektarda alça;
  • 6,4 hektarda alma;
  • 6,2 hektarda badam;
  • 2,4 hektarda gavalı;
  • 2,1 hektarda ərik;
  • 1,5 hektarda fındıq bağları;
  • 0,2 hektarda çiyələk;
  • 1 milyon 692 min 685 ədəd meyvə;
  • 224 min ədəd dekorativ bitki;

Rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.

Ölkəmizin inkişafı

agroexpert.az_kend_teserrufati

2018-ci ildə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini verib.
3300 hektar sahədə pambıq becərən tərtərli torpaq mülkiyyətçiləri 8196,5 ton məhsul tədarük ediblər.
Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. Tərtər rayonu pambığın məhsuldarlığına görə ölkə üzrə üçüncü yerdədir.

Ölkəmizdə ən çox şəkər çuğunduru istehsal edən rayonlardandır. Keçən il rayonda 859 hektar sahədə şəkər çuğunduru becərilib. Həmçinin 29 min 928 ton məhsul istehsal edilib. Hər hektarın orta məhsuldarlığı 348,4 sentnerdir.

Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq keçən il rayonda 259,1 hektar sahədə təkrar əkin aparılıb. Belə ki həmin sahələrdən 160,8 ton dənli və dənli paxlalılar, 32,5 ton texniki bitkilər, 815 ton müxtəlif növ tərəvəz, 970,5 ton quru ot istehsal edilib.
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!