Kənd təsərrüfatında müasir idarəetmə sistemi qurulur

Bu gün dövlətin həyata keçirdiyi məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində aqrar sektor sürətli inkişaf dövrünü yaşayır. Reallaşdırılan islahatlarla kənd təsərrüfatında müasir idarəetmə sistemi qurulur. Texnika və lizinq bazarı liberallaşdırılıb, yeni subsidiya sistemi formalaşdırılıb.

Agroexpert.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov bu sözləri Azərbaycanda ilk aqrar sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

İnam Kərimov agroexpert.az

Nazir bildirib ki, cari ilin əvvəlindən başlayaraq fermerlər aqrar subsidiyaları yeni qaydalar əsasında, alternativsiz olaraq yalnız elektron sistem üzərindən alırlar. Yeni subsidiya sistemi dövlətin prioritet hesab etdiyi məhsullar üzrə əmsallar tətbiq etməklə istehsalı dəstəkləyir. Subsidiyalar birbaşa olaraq “Fermer kartı” vasitəsilə hər bir fermerə təqdim edilir.

“Ölkəmizdə damazlıq heyvanları, kənd təsərrüfatı texnikasını, texnoloji avadanlıqları, müasir suvarma sistemlərini dövlət subsidiyası ilə güzəştli şərtlərlə əldə etmək mümkündür. Aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir. Bu mexanizmin yaradılması məqsədilə aqrar sığorta sisteminin qanunvericilik bazası formalaşdırılıb, yeni institusional baza – Aqrar Sığorta Fondu yaradılıb”, – deyə İnam Kərimov əlavə edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673