Kənd təsərrüfatında yeni robotlar

Əkinçilik robotları keyfiyyətsiz tərəvəzi və alaq otlarını məhv edəcək və məhsul yalnız tam yetişəndə onu yığacaqlar.

“The Telegraph”-ın təqdim etdiyi məqalədə deyilir ki, alimlər artıq fermerlərin ayağı əkin sahəsinə dəymədən avtonom qaydada toxum səpən, alaqları təmizləyən, bostanları sulayan robotların üzərində işləyirlər. Bu maşınlar həm də yalnız satış və istehlak üçün tam yetişmiş məhsulu yığacaq. Hazırda fermerlər “bir dəfə yığım” üsulundan istifadə edirlər ki, bu da tərəvəzin 60 faiznin zay olmasına gətirib çıxarır. Shropshire-dəki Harper Adams Universitetinin professoru və Dəqiq Əkinçilik Milli Mərkəzinin direktoru Simon Blackmore deyib ki, sözü gedən robotlar artıq 2020-ci ilədək tarlalara çıxa bilər.

“Mən kiçik ölçülü ağıllı əkinçilik maşınlarının inkişaf etdirilməsi üzərində işləyirəm” – alim deyib.

Robotun xüsusiyyətləri

Londonda keçirilən brifinqdə professor bəyan edib ki, yeni maşınlar lazer alaqlamasına, kimyəvi maddələrin 100 faiz yarpaqlara getməsinin təmin edilməsinə və selektiv məhsul yığımına qabil olacaqlar. Onun sözlərinə görə, hazırda yığım vaxtı tərəvəzin kal və ya normadan artıq yetişmiş hissəsinin atılmasına görə məhsulun 20-60 faizi zay olur. Alim qeyd edib ki, ağıllı robotlar yetişmiş məhsulları vaxtında və keyfiyyətli toplaya biləcək. Bu maşınlar bir dəfə üsulu ilə yox, gündəlik qaydada selektiv üsulla işləyəcəklər.

Professor bildirib ki, yeni üsul, habelə əkinçilikdə kimyəvi maddələrdən istifadəni minimuma endirə bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669