Kənd toyuğunun və yumurtasının satışına qadağa qoyularsa nə baş verər…

Oktyabr ayının son günlərində geniş şəkildə yayılan bir xəbər əksər sahibkarların, satıcıların və alıcıların narazılığına səbəb olmuşdu. Bu xəbər hər il bir neçə ay gündəmi zəbt edən, qadağalar olundu, olacaq şəklində yayılan kənd toyuqlarının satışı ilə bağlıdır. Deyilirdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quşçuluq sahəsində  fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması ilə bağlı nəzarət tədbirləri gücləndiriləcək. 

kənd toyuğunun satışına qoyulan qadağanın səbəbləri

Bu sözləri  (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşdə səsləndirib. Sədr həmçinin bildirib ki, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Bir neçə gün öncə isə AQTA kütləvi informasiya vasitələrində yayılan və doğruluğu şübhə altında olan xəbərə yenidən münasibət bildirib. 

Agentlikdən “Report”a bildirilib ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir: “Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Gəlin diqqət edək. Əgər qanunla diri toyuqların və kənd yumurtasının satışı qadağan olunsa nə baş verə bilər?
toyuq haqqında

Hər il əsasən bu məsələnin soyuq mövsümdə gündəmə gəlməsinin səbəbi nədir?  Kənd toyuğu satan satıcılar bildirilər ki, bu toyuqlara tələbat qış aylarında daha çox olur. Noyabrdan aprelə kimi satışlar yaxşı gedir. Bizdən fərqli olaraq isə broyler toyuqlarının alıcısı zəyif olur. Xəstəliklərin hamısını bu diri toyuqların üzərinə atmaq, broyler toyuqları qüsursuz göstərmək istəyirlər. Amma hər kəs bilir ki, belə deyil. 

Əslində qadağada haqq payı var. Düzgün saxlanılmayan, halal kəsilməyən, daşınma və satış prosesində gigiyenik qaydalara əməl olunmayan müəssisələr, satış obyektləri mövcuddur. Hər il keçirilən reydlər zamanı bu cür halları görürük. Quş ətinin saxlanılması üçün lazımi şəraitin olmaması, eləcə də məhsulun satış məntəqələrinə necə gəldi daşınması faktlarına görə bir sıra müəssisələr cərimələnir, ya da istehsalı dayandırılır.

Qadağa həll yolu deyil. Bazar rəqabətinin yaranmasını, qiymətlərin müsbətə doğru dəyişməsini, yerli məhsulla tələbatın ödənməsini istəyiriksə sahibkarlara “yardım əli” uzadılmalıdır.

Düzdür, toyuqların açıq havada, gigiyenik qaydalardan uzaq şəraitdə satılması xəstəlik mənbəyidir. Hər zaman hər sahədə problem mövcud ola bilər. Önəmli olan problemi aradan qaldırmağa çalışmaq üçün həll yolları tapmaqdır. Qadağan etmək, kəsib atmaq kimi bir şeydir. Bunun da ayrıca problemləri olacaq.

Həll yollarına daxildir…

kənd toyuğu kəsim şəraiti

Bazarlarda xüsusi kəsim məntəqələri yaradılsın ki, anti-sanitariya da aradan qalxsın. Daha sonra bu toyuqların satışı ilə məşğul olan fermerlərlə, kəndlilərlə maarifləndirmə işləri aparılsın. Dərman preparatları ilə təminatlarına köməklik olunsu. Müntəzəm şəkildə həmin müəssisələr müayinədən keçsin. Fərdi təsərrüfatlarda yetişdirilən toyuqların satış məntəqələrinə rahat çıxa bilmələri üçün uyğun logistika sistemi təşkil olunsun və s. Bütün bunlar lazımi şəkildə təşkil olunsa və yerinə yetirilsə, sertifikat, sağlamlıq arayışı kimi əlavə sənədlərə də ehtiyac qalmayacaq. 

Qeyd edək ki, hələ ölkədə qaz, ördək və hinduşka əti üçün xüsusi broylerlər mövcud deyil. Deməli qadağalar onlarında satışına mane olacaq.

Biz inanırıq ki, yerli istehsal olunan broyler toyuqlar sağlamlığımıza ziyanlı deyil. Və alıb rahatlıqla yeyirik. Lakin hər kəs broyler toyuğu yeməyə məcbur deyil və edilə bilməz. Kənd toyuğu almaq və satmaq istəyən yenə bir yolunu tapacaq. Önəmli olan strategiyanın düzgün qurulması və bu sahədə monopoliyanın yaranmasının qarşısını almaqdır. Çünki belə olduqda qiymətlər enməyəcək, əksinə zamanla stabil artım müşahidə olunacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!