Keyfiyyətli süd üçün sağım zamanı bunlara Diqqət Edin!

Süd – heyvan bala verdikdən sonra məmədə əmələ gəlib yığılan və sağılmalı olan bir maddədir. Südlük mal-qara yetişdirməkdə əsas məqsəd çox miqdarda keyfiyyətli süd əldə etməkdir. Bu səbəblə südün döşə zərər vermədən ən uyğun formada sağılması mütləqdir. Əgər sağım uyğun şəkildə edilməzsə həm alınan süd azalar, həm də məmə xəstəlikləri əmələ gələr.

Keyfiyyətli süd istəyiriksə ilk öncə süd verən heyvanın sağlam olması lazımdır.
keyfiyyətli süd agroexpert.az sağım zamanı

Əlavə olaraq südün keyfiyyətinə fermerlərin, sağıcıların sağlamlığı və təmizliyi, süd sağılan qabların və çəlləklərin təmizliyi, sağım aparatlarının və məhsulların təmizliyi, sağım qaydaları və sağılan südün soyudulması üsulları öz təsirini göstərir.

Keyfiyyətli süd əldə etmək üçün nələr etməliyik?

Keyfiyyətli süd əldə etmək üçün sağım zamanı bir çox qaydalara əməl olunmalıdır. Belə ki,..

  1. Heyvanları yemləyən şəxs, sağıcı və süd qabları ilə işləyən şəxs ildə iki dəfə müayinədən keçməlidir.  
  2. Sağım zamanı istifadə olunan vedrə, sağım aparatları və çəlləklər hər dəfə istifadədən sonra dərmanlı su ilə təmizlənməlidir.
  3. Tövlənin iyinin südə hopmaması üçün sağılan süd tez bir zamanda təmiz havaya çıxarılmalıdır.
  4. Sağıldığı zaman +37˚C olan südün istiliyinin 1 saat ərzində +10˚C, 2 saatda isə +4˚C dərəcədə tənzimlənməsi lazımdır.

Süd sağımı sinir sistemi və hormonlarla bağlı bir prosesdir. Südlük inəklər 12 saat ərzində əsasən 2 dəfə sağılır.

Sağıma başlamadan əvvəl nələrə əməl etməliyik?
  1. Tövlələrin təmizlənib, yuyulub, dezinfeksiya edilməsi. Təmizlik işləri sağımdan bir neçə saat əvvəl edilməlidir.
  2. Heyvanın döşünün sağıma hazırlanması. Hazırlıq məmənin yuyulub qurulanması, sağıcının səsi, sağım aparatının səsi və heyvanın qarşısına yem qoyulması şəklində aparılmalıdır.
  3. Sağıcının əlləri, çəkmələri, aparat və qabları təmiz olmalıdır.
  4. Heyvanın məməsi təmiz ilıq su ilə yuyulmalı, qurulanmalıdır. Dezinfeksiya edən və qurulayan  maddələr süddə başqa qoxu yaratmayan, ucuz və qoxusuz məhsullar olmalıdır. Məmə və sağıcının əlinin təmizlənməsində krem, ətir və ya ətirli maddələrdən istifadə olunmamalıdır. Sağım zamanı döş tamamilə quru olmalıdır. Nəm qalması sağım zamanı döşün soyumasına səbəb olar ki, bu da südün kəsilməsi ilə nəticələnə bilər.
  5. Sağıma başlayan zaman ilk öncə başqa bir qaba az miqdarda süd sağılmalı, südün vəziyyəti yoxlanmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!