Xəbərlər

Kiçik biznes ideyalar

agroexpert.az Kiçik biznes ideyalar

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi özünü məşğulluğun təmin edilməsi proqramı çərçivəsində öz  biznesini qurmaq üçün müraciət edən işsiz vətəndaşların biznes planlarının siyahısını açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə,  16 rayondan  304 nəfər şəxs öz biznes planlarını təqdim edib. Onlardan 244 nəfərə müsbət cavab verilib.

Müsbət qiymətləndirilən  biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal və 0,4%-i ticarət sahəsinə aiddir.

 Siyahıda öz bizneslərini qurmaq istəyən rayon sakinlərindən maraqlı təkliflər gəlib. Xüsusilə qadınların belə ilginc ideyaları maraq doğurur. Siyahıda yer alan  bizles planların ən  maraqlılarını seçib sizə təqdim edirik.

Kiçik biznes ideyalar

– Çay evi
– Bərbərxana
– Qadın salonu
– Mərasim evi xidməti
– Dəmir darvaza İstehsalı
– Südlük heyvandarlıq
– Avtomobil təmiri
– Avtoyuma
– Dönərçi
– Əkinçilik (Pomidor)
– PlayStation
– Pendirçilik,maldarlıq
– İnkubator
– Heyvandarlıq ətlik,südlük.
– Ətlik(quş), Hind quşu
– Tingçilik
– Musiqi avadanlığı
– Qəssablıq – (toğlu alacaq – kəsib satacaq)
– Qoyunçuluq, Südçülük, Kökəltmə.
– Keçi ferması
– Makaron istehsalı, Şirniyyat istehsalı, Çörək-bulka istehsalı.
– Plastik  qapı-pəncərə
– Tikişçilik-dərzi.

– Tikinti materialları istehsalı
– Kiçik fotostudiya
– Kompüter salonunun işlədilməsi
– Mebel sahəsində xidmət
– Kompüter və telefon aksesuarlarının  satışı
– İstixana
– Ərzaq mallarının satışı, Ət kəsimi və satışı.
– Arıçılıq
– Ot və yem üyüdən
– Komputer kursu və xidmətləri
– Tor toxuma
– At yəhərlərinin tikilişi və təmiri
– Dərzilik
– Yuxa və təndir çörək istehsalı.
– Şirniyyat sexi
– Tamet, plitə istehsalı
– Xınayaxdı mərasimi
– Bəzək quşlarının satışı
– Dülgərlik sexi
– Qaz bəsləmə Təsərrüfatı.

Qeyd edək ki, bunlar ilk mərhələdə toplanan biznes ideyalardır. Nazirlik yeni təkliflərin qəbul edilməsi və qiymətləndirilməsini davam etdirir. Kiçik biznes ideyalar siyahısını daha çox uzatmaq mümkündür. Amma bunlardan elələrini seçmək lazımdır ki, kiçik sərmayə ilə başlamaq mümkün olsun. Saytımızın bu bölümündə digər maraqlı biznes ideyalar ilə tanış ola bilərsiniz.

Bu videoda da maraqlı fikirlərlə tanış olmaq mümkündür.

Mənbə.

error: Content is protected !!
%d bloggers like this: