Kinkan nədir və onun faydası

Digər sitrus meyvələrindən kinkan çox xırda olsa da, faydası daha çoxdur. Bu meyvə digər bölgələrdə az tanınır. Ona görə də bu meyvə haqqında və onun bitməyən faydalarından sizə həsr edirik…

Nə meyvəsidir və hardandır?

Kinkan meyvəsi
kinkan meyvəsi

Kinkan (lat. Fortunella ) – sədokimilər fəsiləsinə aid bitki cinsi.

Bu meyvə çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir.

Meyvəsinin təsviri və faydası

Ölçüsünə görə sitrus meyvələrinin ən xırda meyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir.
Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış sortlarından Naqami və Meiva göstərilə bilər.

Kinkan meyvəsi, aşağıda qeyd etdiyimiz kimi, elementlərlə zəngindir:

  • A, B qrupu;
  • C, E, P vitaminlər;
  • kalsium, kalium;
  • dəmir, fosfor kimi mikroelementlər;
  • pektin maddələr;
  • efir yağları .


Qeyd edək ki, bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir. Yeri gəlmişkən, onu qabıqlı da yemək olar çün ki o da faydalıdır.

İnsanın organizmasına təsiri

Bu meyvə immun sistemini möhkəmləndirir. Orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirə malikdir. Soyuqdəymə, öskürək, respirator infeksiyaları zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Həzm sisteminə də müsbət təsir edir. Belə ki, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir.

Картинки по запросу как употреблять фрукт кинкан

Sinir sistemi üçün olduqca xeyirlidir. Yəni bu məyvə depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanında istifadə oluna bilər.
Həmçinin sinir sisteminə sakitləşdirici təsir edir. Bundan əlavə, o insanın ürək-damar sisteminə çox müsbət təsir edir, ürək və damar xəstəliklərinin profilaktik vasitəsi sayılır.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика