Kisədə kartof yetişdirməyin qaydası (FOTOİZAH)

Tərəvəz yetişdiriciliyində daha çox məhsul əldə etmək və əldə edilən məhsulu asanlıqla yığmaq üçün yeni üsullar var. Kisədə kartof yetişdirmək də  bu üsullardan biridir. Agroexpert.az kisədə kartof yetişdirməyin qaydasını fotoizahlı şəkildə təqdim edir.

Un, düyü və ya şəkər tozu kisələrini istənilən münasib yerdə (əsas şərt kifayət qədər gün işığı olan) yerləşdirin. Kisənin kənralarını qatlayaraq hər kisəyə 2-3 vedrə torpaq qarışığı tökün (humus və ya adi torpaq). Daha sonra əkiləcək kartofları torpağa yerləşdirin və üzərini torpaq qatı ilə doldurun. Bu prosedurdan sonra kisəni gün işığı dəyən hissəyə qoymaq lazımdır ki, humus gündən-günə qızsın.

Kartof cücərdikcə kisənin qatını açın, günaşırı suvararaq və təbii gübrə verərək işıqlı yerdə yetişdirin. Artıq 2 aydan sonra yumruq boyda təzə kartofları yığaraq istifadə edə bilərsiniz.

Qeyd:

-Kisələr və ya çəlləklər istənilən münasib yerdə (əsas şərt kifayət qədər günəş işığı olan ) yerləşdirmək lazımdır.
-Kartofu qazmaq lazım deyil!
-Kisələrdə humus yaxşı qızmalıdır ki, yaxşı məhsul versin.
-Kartofu alaqdan təmizləmək və qazmaq lazım deyil!
-Kisələrdə su qalmır. Bu çürümə prosesisinin qarşısını alır.
-Kartof kökləri torpaqdan təmiz çıxır..
-Kisədə əkilmiş kartoflar zərərvericilər və alaq otları tərəfindən hücuma məruz qalmırlar.

Kartof becərməyin Holland texnologiyasını bu bölməmizdən oxuya bilərsiniz.

Kartofu düzgün saxlamağın yollarıyla bu bölməmizdən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669