Kişmiş necə hazırlanır?

Üzüm ən çox pestisid istifadə olunan meyvə növlərindən biridir. Şəfa üçün kişmiş alırıq, amma bilməliyik ki, kişmiş istehsalı zamanı çoxlu miqdarda kimyəvi pestisidlərdən istifadə olunur. Bu məqaləmizdə sizə üzümün necə qurudulmalı olduğunu və 100% dərmansız kişmişin necə hazırlanacağı haqqında məlumat verəcəyik.

Üzümün qurudulması mərhələləri sanki gizli saxlanılır. Heç kim üzüm qurutma mərhələsində istifadə olunan kimyəvi maddələrin nə qədər zərərli olduğunu və nə üçün istifadə edildiyini açıq şəkildə izah etmir. Buna görə üzümün qurutma mərhələlərini sizə ətraflı şəkildə izah etməyə çalışacağıq.

kişmişin faydası agroexpert.az
Üzüm qurutma mərhələsi

Üzüm budaqdan  toplanılır. Sərgi sahəsi adlanan sahədəki boş hissələrə gətirilir. Üzüm  burada kalium və zeytun yağı ilə hazırlanmış suya batırılır. Kalium üzümün günəş şüalarından birbaşa təsirlənməsinin qarşısını alır və üzümün çox tez qurumasına imkan verir. Zeytun yağı isə üzümün parlaq şəkildə qurumasına kömək edir.

Üzümün qurudulması zamanı kaliumdan niyə istifadə olunur?

Kalium üzümün çox tez qurumasına imkan verir və günəş üzümləri yandırmır. Kalium istifadə edilmirsə, üzüm 30-40 gün arasında quruyur. Kaliumdan istifadə edildikdə isə üzümlər 7-8 gün ərzində quruyur.

7 gün ərzində qurudulmuş üzümün məhv olma riski çox azdır. Ancaq qurutma dövründə 40 gün ərzində yağış yağsa, bütün məhsul məhv ola bilər. Buna görə istehsalçılar bu riski heç vaxt öz üzərlərinə götürmürlər. Çünki sentyabr-oktyabr aylarında yağışın çox olacağı ehtimalı olur.

Dərman istifadə edilməyən toxumsuz kişmişin rəngi sarıya çevrilməyəcək. Dərman olmadan günəşlə təmasa girdiyindən onun rəngi qara olur. Kişmişə sarı rəng verən kalium maddəsidir.

Evdə kişmiş hazırlama üsulu

Daha sadə ev şəraitində üzüm qurutma üsulları da var.

Bunun üçün lazım olacaq bir sıra ərzaqlar:

10 kilo üzüm, 15 litr su, 1 stəkan zeytun yağı və 1 stəkan üzüm qurutma sodası

Qazan, ya da böyük bir qabın içinə bir stəkan üzüm qurutma sodası, 1 stəkan zeytun yağı və 15 litr su əlavə edirsiniz. Onların tam həll olunması üçün yaxşıca qarışdırırsınız. 10 kilo üzümü bu hazırlanmış məhlulda yaxşıca isladırsınız. Günəşli bir ərazidə böyük bir parça üzərinə yayırsınız və qurutma prosesinə hazır hala gətirirsiniz. Üzümün 4-6 gün ərzində  gündə bir neçə dəfə çevirib günəşdə saxlayırsınız. İstədiyiniz səviyyəyə çatdıqdan sonra üzümləri yığır və rütubətli olmayan qapalı bir mühitdə saxlayırsınız. Sonra istənilən vaxt üzüm toplayıb istehlak edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!