Kivi ağacının əkilməsi və bağların salınması

Kivi yetişdirmək. Kivi ağaclarının yetişməsi üçün lazım olan iqlim şəraiti

Kivilər soyuq aylarda mülayim, yayları isti və rütubətli iqlimi sevirlər. Böyümə və inkişaf dövründə orta istilik 20-25˚C və 16 saat işıqlandırma təmin edilməlidir. Qış dövründə fidanların yanması və ya çiçək tökülməsinin qarşısını almaq üçün qönçələrin müəyyən bir müddətə +7˚C  temperaturda saxlanılması lazımdır.

kivi ağacı

Yay fəslində çox istilərin olması kivinin yetişməsinə heç bir mənfi təsir göstərmir. Su ehtiyaclarını qarşılayaraq yay fəslində 40-45˚C isti havada yaşaya bilirlər. Fəslinə uyğun olmayan aşağı tempratur kivinin normal böyüməsinə mane ola bilər. Buna görə ağacın tumurcuqlanmağa başlamağı ilə yarpaqlarının tökülməsi arasında 230-260 gün soyuq, şaxta olmayan bir zaman dilimi lazımdır. Əsasən də baharın gec, payızın erkən soyuğuna qarşı həssasdırlar.

Meyvə verdiyi vaxtlarda ağac dekabr-yanvar aylarında 10-15˚C tempraturda yetişsə də, tumurcuqladığı zaman bundan aşağı tempraturda zərər görürlər. Müəyyən olunan bu müddətlərdə olan şaxtalar həm bitkiləri, həm məhsulu təhlükə altına alır. Ona görə bu müddətlərdə iqlimi uyğun olmayan ərazilərdə belə vəziyyətin qarşısını almaq üçün önləyici tədbirlər almaq məsləhətlidir.

İlk növbədə bağ seçərkən yerinə görə yaxşı günəşli sahələr seçməyiniz məsləhətlidir. Qışı soyuq keçən yerlərdə payızdan yaza qədər bitki gövdələrini uyğun izolyasiya materialı ilə bağlamaq lazımdır. Ya da şaxtalı gecələrdə belə havada istifadə edilə bilən sistemlərdən faydalanılmalıdır.

Kivi küləyə qarşı ən həssas bitkilərdən biridir. Salınan kivi bağlarında küləyə qarşı önləyici tədbirlərin də görülməsi əsas şətrdir. İsti küləklər bitkinin su itirməsinə səbəb olur. Şiddətli küləklərdə isə budaqların qırılması, çiçəklərin tökülməsi ilə nəticələnir. Bundan əlavə şiddətli külək zamanı meyvələr bir birinə sürtünərək üzərində yaranan ləkələrlə bazar dəyərərini aşağı salırlar. Payızda əsən küləklərdə yarpaqların vaxtsız tökülməsi baş verir. Bu isə növbəti il meyvə tutumunun az olmasına səbəb olur. Kivi ağacları 8-9 ay davam edən vegetasiya dövründə iqlimdən asılı olaraq 800-1400 mm su istehlak edir. Ağac torpaq nəmindən əlavə hava nəminə də ehtiyac hiss etdiyindən seçiləcək suvarma sisteminin bunu qarşılayacaq növdən olmasına diqqət göstərilməlidir.

Kivi yetişdirmək üçün lazımi torpaq növü:

Kivi torpaq növünə görə çox seçici bir meyvədir. Susuzluğu qarşı çox həssasdır və ağır torpaqlarda yaxşı yetişmir. Ümumiyyətlə, üzvi maddələrlə zəngin və su tutma qabiliyyəti aşağı qumlu torpaqlar kivi yetişdirmək üçün çox uyğundur.

Bağ salınarkən kivinin erkək və dişi xüsusiyyətlərinə görə bitkilərin fərqli olduğunu unutmamalıyıq.  Kivi bağları salınmadan əvvəl ərazinin şümlanması təmizlənməsi, düzləşdirilməsi və gübrələnməsi vacib şərtlərdəndir. Əsas gübrə olaraq təbii və mineral gübrələr verilməlidir. Hektara görə 40-60 ton heyvan gübrəsi kifayət edir. Azot, fosfor, kalium tərkibinə görə analiz edildikdən sonra ehtiyaca uyğun təminat edilməlidir.

Kivi ağaclarının əkimi və qulluq edilməsi:

Böyümə və inkişaf müddətincə bir kivi bitkisinin boyunun hündürlüyü 4-5 m-dir. Buna görə də ağacın boyunu,  gövdəsini və budaqlarını nəzərə almaqla ağac əkimi zamanı ağaclar arasında lazımi məsafənin qoyulmasına diqqət edilməlidir.

Əkin bölgənin iqlim xüsusiyyətlərindən asılı olaraq bahar və payızda ola bilər. Şaxtalı hava təhlükəsi olan ərazilərdə ağac yaz aylarında əkilməlidir. Məhsul verməyə erkən başlaması üçün iki illik fidanlar əkilir. Fidanların kök və gövdələrinin yaxşı inkişafına diqqət edilməli, xəstəliyi olan fidanlar satın alınmamalıdır. Ağacı əkən zaman diqqət edilməli başqa cəhət isə erkək və dişi ağacların yerləşdirilməsidir. Ümumi olaraq hər 6-8 dişi ağaca 1 erkək ağac kifayət edir. Kiviləri əkən zaman ağacın kök dərinliyi 25-30 sm olmalıdır. Kökün iri və bol saçaqlı olması ağacın yaxşı inkişaf etməyində rol oynayan əsas şərtdir.

Kivilərin əkim dərinliyi 30-40 sm-dir. Fidan köklərinə torpaq yığaraq gümbəz şəklinə salmaq lazımdır. Bu gümbəz formalı torpaq fidan gövdələrini çox isti və çox soyuqdan qorumaq, köklərə su yığılmasını aradan qaldırmaq üçün faydalıdır. Əkdikdən sonra torpaq bərkidilməli və suvarılmalıdır.

Meyvələrin yığımı:

Meyvə saplağı ağacın üstündə qalacaq şəkildə qoparılır. İlk olaraq iri meyvələr yığılır. Və kiçik meyvələrin iriləşməsi gözlənilir. Dərilən meyvələr yeyiləcək vəziyyətdə olmurlar. Yığımdan sonra ağac yarpaqlarını tökür və budama işləri edilir. Ağac budanarkən həmin il meyvə verən budaqlarla bərabər qırılmış budaqlar da kəsilir. Əsas hudaqların zərər görməməyi lazımdır.

Bağın əlavə alaq otlarından təmizlənməsi, vaxtı vaxtında budanması və suvarılması məhsuldarlığı artırır.

Qeyd edək ki, kivi ağacı 3 ildən sonra bar verməyə başlayır. Türkiyə kivi istehsalçısı olan ölkələrdən biridir. Azərbaycanda da son illər kivi bağları salınır. Ölkəmizdə Lənkəran, Astara, Masallı rayonlarında kivi bağları salınıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669