Kofe haqqında 12 maraqlı fakt

Kofe ölkədə bu qədər populyar olmayıb. 1991-ci ildə bu məhsulun dünyada istehlakı 90 milyon 60 kiloluq torba həcmində olub. Beynəlxalq Qəhvə Təşkilatına (ICO) görə, bu il istehlak edilən belə torbaların sayı 160 milyonu keçə bilər.
Kofe haqqında çox maraqlı məlumatlar var. Ona görə də biz bugünki məqaləni kofe haqqında 12 maraqlı faktlara həsr edirik…

Beləliklə başlayaq…
qəhvə

Kofe haqqında maraqlı

1. Kofe – meyvə toxumudur

İşdiyimiz qəhvə əslində qəhvə meyvəsinin qızardılmış toxumlarından hazırlanır.

  • Döyülməmiş kofe dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Kofe meyvəsində adətən bir üzü yastı olan iki toxum olur.
  • ABŞ Beynəlxalq Kofe Assosiasiyasına (NCA) görə, dünya üzrə kofe meyvələrinin yalnız 5 % toxum tək və lobya dənəsinə bənzər olur.
  • İspaniyada belə kofe dənələrinə “balaca ilbiz” deyilir.
  • Bu növ kofe dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ kofenin incə dadı və güclü ətiri olur.
2. Bəzi insanlar qəhvəni yeyirqəhvə
  • İnsanlar kofeni adətən içir, lakin bəziləri də onu yeyirlər.
  • Kofe yalnız içki kimi içilmir, üyüdülmüş qəhvə şokolad batonlarına da əlavə edilir.
  • Bəzi şirkətlər kofe meyvələrinin qalıqlarından üyüdüb şirniyyat məhsullarına, şokolada, çörəyə, souslara qatır.
  • Növündən asılı olaraq, kofe dadı verməyən həmin əlavələrin gülə, sitrus meyvəsinəya digər meyvəyə bənzər qoxusu ola bilər.
3. Nəcisdən çıxan kofenin qiyməti..
  • Palma pişiyi yoxsa fil? Ən bahalı kofe bu heyvanlardan birinin bağırsaqlarından çıxmış qəhvə dənələrindən hazırlanır.
  • “Kopi luvak” qəhvə növü dünyada ən bahalı kofelərdən sayılır.
  • “Kopi luvak” İndoneziyada palma pişiyinin nəcisindən çıxan kofe dənələrindən hazırlanın kofedir.
    Kofe meyvələri bu heyvanın bağırsağında fermentasiya olunduqdan sonra yığılıb satılır.
  • Bahalı dükanlarda bu cür dənələrin 500 qramlıq kisəsinin qiyməti $700-ə çata bilər.
  • Tailandda isə Qara Fil Dişi qəhvəsi istehsal olunur. Bu kofe fillərin bağırsağıdan çıxan qəhvə dənələrindən hazırlanır.
  • Qara Fil Dişi kofe reseptinin müəllifi kanadalı Blake Dinkin-dir. Bu kofenin ABŞ-da 35 qramlıq kisəsi təxminən $85-ə satılır.
4. Kofe faydalıdır

kofenin statistikası

  • Kofe antioksidantlarla zəngindir.
  • Bu ilin əvvəlində aparılmış elmi tədqiqatın nəticələrinə əsasən, gündə 3 fincan kofe insanın ürək xəstəliyi və digər ağır xəstəliklərdən ölmək riskini azalda bilər.
  • Bu araşdırma çərçivəsində Avropanın 10 ölkəsində yaşı 16-dan yuxarı olan 500,000 adam müşahidə olunub.
  • Digər tədqiqat işlərində qəhvənin 2-ci tipli diabetAlzheimer sindromu kimi xəstəliklərin riskinin azadılmasında rolu öyrənilib, lakin bu sahədə əlavə tədqiqatların keçirilməsinə ehtiyac var.
  • Kofedəki kofein insana əlavə enerji verir, idmançıların atletik imkanlarını artır.
5. Kofenin içmə qaydası…
  • Kofe stimullaşdırıcı təsirə malikdir və həddindən çox miqdarlarda içilməsi məsləhət deyil.
  • Kofenin stimullaşdırıcı xüsusiyyətləri onun həddən çox qəbul edilməsini riskli edir.
  • Hamilə qadınlar qəbul etdikləri kofeinin miqdarını azaltsalar yaxşıdır, çünki kofein doğulan uşağın çəkisinin normadan az olmasına və ya uşaqsalmaya gətirib çıxara bilər.
  • Britaniya həkimləri hamilə qadınlara gündə qəbul etdikləri kofeinin miqdarının 200 milliqramdan çox olmamasını məsləhət görürlər.
  • qəhvə faydalıdır
6. Kofe dənələri iki növü olur
  • Kofenin Arabica növünün kökü Efiopiayda aşkar edilib.
  • Robusta növündə isə kofeinin miqdarı təxminən ikiqat çox olduğundan bu qəhvənin dadında yüngülcə acılıq hiss olunur.
    Bu növ kofedən, həll olunan qəhvə tozunda və qarışıqlarda istifadə olunur.
    Bu cür qəhvə Mərkəzi Qərbi Afrikada, İndoneziyaVyetnam da daxil, Cənub-Şərqi AsiyadaBraziliyada yetişdirilir.
7. Efiopiyada qəhvəni(kofeni) keçilər aşkar edib
  • Əfsanəyə görə, keçi sürüsünü otaran çoban fikir verir ki, qəribə görünüşlü ağacın meyvələrini yeyən keçilər bütün gecəni ayıq qalırgücdən də heç düşmür.
  • Efiopiya qəhvə içkisinin yarandığı ilk məkan sayılır.
  • O, bu əhvalatı rahiblərə danışır, onlar isə başa düşürlər ki, həmin meyvələri dəmləyib içməkbeləcə uzun müddət gümrah qalıb dua etmək olar.qəhvə növləri
8. Kofe əslində şərab deməkdir
  • Kofe 15-ci əsrdə Yəməndə becərilib. Qəhvə sözü isə Yəməndə şərab deməkdir. Bir əsrdən sonra isə qəhvə İran, Misir, Suriya və Türkiyədə də becərilməyə başlanıb.
9. İlk qəhvəxanalar Yaxın Şərqdə açılıb
  • Yaxın Şərqdə qəhvə populyar içkidir. Kofe yalnız evdə içilməyib. İctimai yerlərdə də qəhvə içilib – ilk qəhvəxanalar Yaxın Şərqdə yaranıb.
  • Qəhvəxanalar camaat arasında çox populyar olub – burada son şayiələri eşitmək, şaxmat oynamaq və musiqi dinləmək olardı.
10. Bütün dünyada qəhvə “Qəhvə Zolağı” zonasında becərilir
  • Kofe 50-dən çox ölkədə yetişdirilir. Həmin ölkələrin hamısı Kofe Zolağı adlandırılan zonada yerləşir. Həmin zona tropiklərdə yerləşərək Meksikadan Papua Yeni Qvineyayadək uzanır.
  • Dünyanın ən iri qəhvə istehsalçıları: Norveç, İsveçFinladiya, İslandiya, İtaliya, Danimarka.
11. Ən çox kofe Skandinaviyada içilir
  • Adambaşına ən şox kofe Skandinaviya ölkələrində içilir.
  • ICO-ya görə, adambaşına ən çox qəhvə Finlandiyada içilir. Burada ildə adambaşına 12kq qəhvə içirlər.
    Finladiyanın ardınca Norveç (9.9kq), İslandiya ( 9kq), Danimarka (8.7kq) İsveç (8.2kq) gəlir. İtaliyada isə adambaşına ildə 5.9kq qəhvə içilir.
12. Kofe çox içilir, yoxsa çay?
qəhvə
  • Britaniya Qəhvə Assosiasiyası bildirib ki, gündə 2 milyarda yaxın fincan içilməklə qəhvə dünyada ən populyar içkidir.
    Lakin bu, ilk baxışdan belə görünür.
  • Dünyada istehlak olunan qəhvənin çəkisi istehlak edilən çayın çəkisindən çox olsa da, bir fincan içki üçün tələb olunan qəhvənin çəkisi çayı 5 dəfə üstələyir.
  • Dünyanın 2 ən çox əhalisi olan ölkəsi – ÇinHindistandaçay daha çox içilir.
  • Qəhvəyə ŞimaliCənubi Amerikalarda üstünlük verilirsə, Asiyakeçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində üstünlük çaya verilir.
  • Britaniyanın Sheffield Universitetindən coğrafiyaşünas David Grigg hesab edir ki, müqayisə içilən litrlərlə aparılmalıdır.
    O qeyd edir ki, dünyada istehlak olunan qəhvənin çəkisi çayın çəkisindən 80 % artıq olsa da, bir fincan içkiyə 10 qram qəhvə tələb olunur, çay isə cəmi 2 qram sərf olunur.

Nəticə

Alimlərin riyazi hesablamaları göstərir ki, “Hər bir fincan kofe müqabilində dünyada 3 fincan çay içilir”.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!