xurma meyvəsi
Sağlam qidalanma Tövsiyyələr

 Kökəlməyə səbəb olmayan meyvə

Kökəlməyə səbəb olmayan xurma

Payızda yetişən faydalı meyvələrdən biri xurmadır. Xurma ağacı çox məhsuldardır. Qışda torpaq yuxuda ikən əkmək daha uğurlu olur, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır. Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.
Deyəcəksiniz bəs məqalənin adı niyə «Kökəlməyə səbəb olmayan meyvə» qoymuşuq? Ona görə ki xurmanın tərkibində olan vitaminlər hərtərəfli faydalıdır, ən əsas da arıqlmaq istəyənlər üçün, kim pəhriz saxlamağa həvəskərdir – xurma meyvəsini öz rasionuza əlavə etməyini sizə məsləhət görürük.
Öncədən, başlamadan, gəlin bir az sizə xurmanın növlərindən təqdim edək.
xurma meyvəsi

Xurmanın növləri

Xurmanın təxminən 500 növü olur və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlir.

Xurmanın xüsusiyyətləri

xurma meyvəsiŞərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlərlə doludur. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir . Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər, cün ki, onun tərkibində kifayət qədər dəmir var. Mədəyə zərər verə bilər.

Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq, üyüdəndən sonra, kofe kimi dəmləyib içmək olar. Həm təbii, həm də faydalıdır.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!