Kokopit nədir və necə istifadə olunur?

Kokopit əsasən torpaqsız əkinçilikdə istifadə olunan bitki getişdirmə şəraitidir. Xüsusiylə istixanalarda asma üsulla yetişdirmədə yerdən, torpaqdan qənaət etmək üçün istifadə olunur.

Kokopitin özü nədir? Nədən hazırlanır?

Xam maddəsi Hindisdan qozunun lifləridir. Hind qozunun (kokos) qabıqları qırıldıqdan sonra bitkinin üzərindəki liflər bir sıra kiçik əməliyyatlardan keçir. Sonda əldə olunan məhsul kokopit adalanır. O torpaqsız əkinçilik, hidroponika üçün istehsal olunmuş bir materialdır. Yalnız Hindistandan və Şri-Lankadan idxal edilir.

Torpaqsız əkinçilikdə istifadə olunan kokopit torpaqla müqayisədə bir çox avantaja sahibdir. Bunlara aşağıdakılar aiddir:

agroexpert_Az kokopit-kokopid-asma üsul-istixana da hidroponika
  • Kokopit indiyə kimi bilinən ən yaxşı kökləndirmə (cil) və yetişdirmə şəraitini təmin edir.
  • 100% orqanik məhsuldur və təkrar istifadəyə yararlıdır.
  • Torpaqdan keçən xəstəliklər, zərərvericilər kimi ziyanvurucu hallara kokopiddə rast gəlinmir.
  • Sıxılabilmə qabiliyyəti daşınmasını asanlaşdırır. Bloklar şəklində satışa çıxarılır.
  • Yaxşı su saxlama qabiliyyətinə sahibdir. Torf kimi çox yüksək su saxlaya bilməsi sayəsində bitki köklərinin bəslənməsi və havalanmasında önəmli rola malikdir.
  • Su əlavə etməzdən əvvəl həcmi kiçik olur. Sonra isə şişərək artır.
  • Hər il yuyaraq 3-4 il ərzində mütəmadi istifadə etmək mümkündür.
  • Qidalandırcı maddələrin əlavə edilməsi, nəzarət etmək çox rahatdır.
  • Müxtəlif növlərdə, ölçülərdə, əkəcəyiniz məhsullara uyğun kokopit çeşidləri var.
agroexpert_az hind qozu lifi - torpaqsız əkin - hidroponika - kokopid

Hind qozu lifini – kokopiti necə əldə etmək olar?

Yeni bir işdə, torpaqsız əkində pulunuzun, zamanınızın və əməyinizin boşa getməməsi üçün keyfiyyətli məhsullar istifadə etməyə çalışın. Tərkibində sintetik, kimyəvi maddə qarışımı olan bu səbəbdən ucuz satılan məhsullardan yan keçin. Keyfiyyətinə tam əmin olduğunuz məhsulu alın.

agroexpert.az - kokopid - kokopit - kokos lifi - hind qozu lifi

Qeyd edə bilərik ki, ölkəmizə kokopid-kokos lifini ixrac edən şirkətlərdən biri Brown Coir Pvt Ltd-dir. Bu şirkət hind qozu lifini həm istahsal edir, həm də ixrac edir. BrownCoir şirkəti yalnız dünya standartlarına və dünya üzrə bitkiçiliklə məşğul olanların tələbatlarına uyğun olan ən yüksək keyfiyyətli məhsulları istehsal edir. BrownCoir məhsulu ətraf mühit üçün 100% təbidir. Bütün məhsullar bioloji cəhətdən parçalanandır. Təbiət üçün zərərsizdir ki, bunu sintetik materiallar haqqında demək mümkün deyil.  BrownCoir məhsulunu bütün dünya ölkələrinə ixrac edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!