Kolorado böcəyi və onlara qarşı mübarizə

Kolorado kartof böcəyi və onlara qarşı mübarizə

Gədəbəy rayonunda kolorado kartof böcəyi əleyhinə mübarizəyə başlanılıb. Mövcud olan 11820 hektar kartof əkini sahəsi mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən ciddi nəzarətdə saxlanılır. kolorado kartof boceyi

Nazirlikdən verilən məlumata görə, Gədəbəy rayonun Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 8300 hektar sahədə zərərvericlərə qarşı fitosanitar monitorinqlər aparılıb.
4100 hektar sahənin karantin zərərvericisi olan Kolorado kartof böcəyi ilə, 4200 hektar sahənin isə fitaftora xəstəliyi ilə sirayətləndiyi müəyyən edilib.

Kimyəvi mübarizə

Mütəxəssislər tərəfindən verilən tövsiyələr əsasında təsərrüfat sahibləri və fermerlər tərəfindən əkin sahələrində Kolorado böcəyinə qarşı Kurzat və Asetisuper, fitoftora xəstəliyinə qarşı isə Tikotan, Rebus və Ridomil preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər bitkilərə böyük ziyan vurur.

Diqqət. Kolorado böcəyinə qarşı kimyəvi mübarizə vaxtını düzgün müəyyən etmək üçün zərərvericinin iqtisadi-ziyanlı həddi dəqiqləşdirilməlidir. Zərərvericinin birinci nəslinin inkişafı dövründə yüz bitki üzərində orta hesabla 8-10 ədəd yetkin fərd, 10-15 ədəd kiçik yaşlı sürfə olduqda kimyəvi mübarizə aparmaq lazımdır.

Kimyəvi mübarizə məqsədi ilə Buldok (0,3 l/ha), Konfidor(0,5 l/ha), Fastak (0,2 l/ha) və s. inseksidlərdən istifadə oluna bilər. Mövsümün əvvəlində işçi məhlulun hektara məsarif norması 400 litr, vegetasiya ərzində isə 600 litr sərf edilməlidir. Kimyəvi mübarizələr məhsul yığımına 25-30 gün qalmış dayandırılmalıdır.

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!