Kompüterin format edilməsi

Bu məqalədə kompüterin təzə sistemə necə format ediləcəyini göstərəcəyəm. İlk öncə istədiyiniz sistemi internetdən yükləyin. Aşağı hissədə bir neçəsi verilmişdir.

Sistem tələbləri:

  • Prosessor – 1 GHz və ya daha sürətli
  • RAM – 1 GB (32-bit) və ya 2 GB (64-bit)
  • Hard disk – 16 GB (32-bit) və ya 20 GB (64-bit)
  • Qrafik kartı – DirectX 9 və ya daha yuxarı

 

Yükləmə təlimatları

  • Ən az 4 GB USB kart lazımdır. Yuxarıda verilmiş linklər vasitəsi ilə istədiyiniz sistemi yükləyin.
  • Yüklədikdən sonra rufus tətbiqini yükləyin.
  • Rufus tətbiqini açın.
  • Şəkildə göstərildiyi kimi sizdə öz USB diskinizi seçin.

  • Sonra “select” düyməsini basaraq yüklədiyiniz .İSO faylı seçin.

  • “START” düyməsinə basaraq başladın.

  • Qurtardıqdan sonra kompüteri söndürün. Yenidən yandırıb BİOS-a keçin.

(QEYD :  Lenovo- F2, HP – esc,F10 , Samsung – F10. Əgər bu düymələrdən biri işləmirsə internetdən öz kompüterinizin markasını yazıb baxın. Düymələrdən heç biri işləmirsə və ya Hot Key düymələri aktivdirsə, Onda “Fn” düyməsi ilə birgə basın).

  • Qarşınıza göy rəngdə bir ekran çıxacaq. Yuxarı hissədə “Boot” menyusunu tapın və həmin hissəyə keçin.
  • Əgər “Boot” menyusunda SecureBoot/UEFİ Enable – isə, Disable-a çevirin.
  • F5 və F6 düymələri vasitəsi ilə şəkildə qırmızı rənglə işarələnmiş hissəni yuxarı qaldırın.

  • F10 düyməsinə basaraq yaddaşda saxlayın.
  • “Setup”başlayanda istədiyiniz dili, saatı, ölkəni seçib “Next “düyməsinə basın
  • “İnstall now” düyməsinə basin.
  • Sonra ” Accept ” eləyib “next” düyməsinə basın.
  • “Custom “menyusunu seçin.

  • Hansı diskə yükləyəcəyinizi seçin və “format” düyməsi vasitəsi ilə diski təmizləyə bilərsiniz. Sonra “Next “düyməsinə basın.

  • Sonda sistemin dolmasını gözləyirik.
  • Yükləmə qurtardıqdan sonra son konfiqurasiyalarıda edin. (məs. Wi-Fi, Vaxt, ölkəni və s.).
  • Artıq “Windows” işlədilməyə hazırdır!

 

Müəllif: Said Nağıyev

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107