Koronavirus Çində quşçuluq təsərrüfatını məhv edir

Koronavirusun yayılması Çində quşçuluq sənayesinə ciddi zərbə vurdu. Çünki bu virusdan əvvəl fermerlər yerli quş və yumurta istehsalını kütləvi şəkildə artırmağa başlamışdılar. Bunun səbəbi isə bir neçə il əvvəl donuz qripinin donuz təsərrüfatına ciddi ziyan vurması idi.

Təhlükəli COVİD-19 virusunun yayılması isə quş əti ticarətini iflic etdi.

Ehtimal edilir ki, bu ilin ikinci və üçüncü rüblərində də vəziyyət bu şəkildə davam edəcək.

1800-dən çox insanın ölümünə səbəb olan koronavirusun yayılması səbəbi ilə quş bazarları bağlandı. Gənc heyvanların və diri quşların daşınması məhdudlaşdırıldı,  kəsim sexləri fəaliyyətini dayandırdı.

Bir sənaye şirkəti 100 milyon yuandan (14.27 milyon dollar) çox itki verdiyini bildirdi. Restoran və yeməkxanalar bağlı qaldığı üçün tələbat azalıb və fermerlərin “əllərində” çoxsaylı quş və yumurta ehtiyatı qalıb..

Çinin Kənd Təsərrüfatı və Nəqliyyat nazirlikləri yaranan fəsadları tez aradan qaldırmaq  üçün yerli hakimiyyət orqanlarına yem və kəsim şirkətlərinə işlərini bərpa etmələri üçün icazə verilməsini tapşırıblar.

agroexpert.az quşçuluq - koronavirus quşçuluğu məhv edir

Dövlət şirkətlərindən biri, cənub əyalətlərində yem emalı müəssisələrinə 1,32 milyon ton qarğıdalı sataraq, onları xammal ilə təmin etmişdir.

Çin həmçinin ABŞ-dan bütün quş məhsullarının, o cümlədən damazlıq quşların ölkəyə gətirilməsinə razılıq verdi. Bu barədə Çin Xalq Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Lakin ABŞ-dan gətirilən dondurulmuş toyuq ayaqları konteynerləri “tələyə” düşdü. Səbəbi Çində  ət məhsullarının qorunması üçün lazımi sayda anbarların olmamasıydı. Buna görə təchizatçılar mallarını digər bazarlara yönləndiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!