Koronavirus hansı səthdə nə qədər yaşayır?

Hal-hazırda dünyanın qlobal problemi olan korona virus xəstəliyi ölkəmizdə də insanların həyatını kifayət qədər iflic edib.

Demək olar yaranması indiyədək naməlum qalan bu virus əsasən ağciyər xəstəliklərinə səbəb olur. Azərbaycan da daxil olmaqla, bir çox ölkə və ərazidə yayılan CoVİD-19 adı verilən koronavirusdan artıq on minlərlə insan ölüb.

koronavirus nə qədər yaşıyır agroexpert.az

Quru öskürəklə müşayiət olunan xəstəlik qızdırma ilə başlayır. Qızdırma ilə başlayan xəstəlik nəticəsində bir həftə sonra təngnəfəslik əmələ gəlir.

Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də gətirib çıxara bilər.

Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirir və daha çox ölümlə nəticələnir.

Dünya Səhiyyə Təşkilatı (WHO, ÜST) verdiyi məlumata görə, infeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman – inkubasiya dövrü 14 gün çəkir.

Koronavirusun ömrü nə qədərdi?
  • Bu virus sağlam birinə keçmədən əvvəl, daşıyıcısı və ya xəstə olan insandan havaya, hər hansı səthə düşdüyü zaman nə qədər yaşayır?
  • Yeni bir araşdırmada, koronavirusun səthdə saatlarla, günlərlə yaşaya biləcəyi müəyyən edilib.
  • Covid-19 öskürək damcılarında 3 saat yaşaya bilər.

Virus yoluxmuş şəxsin hava damlacıqları və ya yoluxmuş səthlərə toxunması ilə (öskürək və asqırmaq ilə) birbaşa əlaqə yolu ilə ötürülür. COVID-19 virusu səthlərdə saatlarla yaşaya bilsə də, virusu öldürmək üçün sadə dezinfeksiyaedici maddələr kifayətdir.

ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) tərəfindən edilən bir araşdırmada, bir öskürək və ya asqırma sonrası koronavirusun (Covid-19) havada üç saata qədər qala bildiyi açıqlanıb.

1-5 mikrometr həcmində kiçik damcılar (bir insanın saçının genişliyindən təxminən 30 qat kiçik) havada bir neçə saat qala bilir.

Yaşamaq müddəti mövcud səthdən asılı olaraq dəyişən virus, bədəndən kənarda 3 günə qədər sağ qala bilər.

  • Tədqiqatda virusun plastik və paslanmayan polad kimi səthlərdə 2-3 günə qədər,
  • kartonda 24 saata qədər və mis üzərində yalnız 4 saata qədər yaşaya bildiyi bildirilib.

Tədqiqatlar 62-71 faiz spirt və ya 0,5 faiz hidrogen peroksid ağardıcısı və ya 0,1 faiz natrium hipoklorit olan ağardıcı ilə səthləri dezinfeksiya etməklə virusun bir dəqiqədə təsirsiz hala gətirilə biləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика