Koronavirus vaksinin hazır olduğu iddia edilir

Pentaqon tərəfindən maliyyələşdirilən Medicago (mərkəzi ofisi Kanadada) Covid-19 (koronavirus) vaksini əldə etdiklərini iddia etdi. Amerika Dərman və Qida İdarəsi (FDA) təsdiqlədiyi halda hər ay 10 milyon vaksin istehsal etməyə hazır olduqlarını söylədilər.

Euronews’un verdiyi xəbərdə, Koronavirusün genetik sekansını əldə edən kimi 20 gün içinde vaksini hazırladıqlarını söyləyən Medicago CEO-su Bruce Klark genetik kodun özəl bir metod ilə əldə etdiklərini və bu yöntəmin FDA tərəfindən təsdiqlənməyə ehtiyac olduğunu qeyd etdi.

Klark bürokratik maneələr ortadan qaldırılsa koronavirus vaksininin Noyabr ayında hazır olacağını açıqladı.

koronavirus

Eyni zamanda İsrail şirkəti də vaksini tapdıqlarını iddia etdi. Medicago CEO-su Klark isə yöntəmlərinin bu şirkətdən daha təsirli və güvənli olduğunu iddia edərək deyir:

“Koronavirus vaksini hazırladıqlarını iddia edən bir-neçə şirkət var ancaq bunlar fərqli texnologiyalardır. Bəziləri nəinki Covid-19-u, heç özünü doğrultmamış RNA və DNA əsaslı vaksin növləridir. Ümid edirəm müvəffəq olarlar.”

Bitkisəl yanaşma sayəsində tez vaxtda əldə edildi

Klark, komandasının uğurunu və bu qədər qısa vaxtda vaksin əldə etməklərinin sirrini istifadə elədikləri metodla izah edir. Bu da vaksin proteinləri əldə etmək üçün bioloji reaktor olaraq ənənəvi toyuq yumurtası deyil, bitki istifadə edilməsidir.

Saytımızda sağlam həyat tərzi haqqında, orqanik qidalanma haqqında bir-çox məqalələrlə tanış ola bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!