Koronavirusun heyvandarlıqda yaratdığı ən böyük problem

Son vaxtlar bütün dünyanı təlaşa salan COVİD-19 virusu ABŞ və Avropanın yem sənayesinə də zərbə vurur. Belə ki, təhlükəsizliyin təmin olunması məqsədiylə görülən tədbirlər yem nəqliyyatında ləngimələrin və digər problemlərin yaranmasına səbəb olur.

Bu problemin həlli ilə bağlı yem təsərrüfatçıları rəsmi qurumlara öz təkliflərini verirlər.
Agroexpert.az saytı bu təklifləri sizlərə təqdim edir. ABŞ və Avropa Birliyi…

ABŞ və Avropa Birliyi də yem sənayesi hökumət rəsmilərini  heyvan yemi istehsal edən müəssisələrə və ticarətçilərə dəstək olmağa çağırır. Assosayiların məqsədir heyvan yemi müəssisələrini dövlət prioritetləri siyahısına, yemləri  isə birinci dərəcəli lazım olan ərzaqlar siyahısına daxil etməkdir.

ABŞ-ın yem təsərrüfatçıları nı birləşdirən AFİA assosasiyasının məktubunda deyilir:

“Bu pandemiyanı yavaşlatmaq üçün göstərilən səyləri başa düşməyimizə və qiymətləndirdiyimizə baxmayaraq, nəzərinizə çatdırmalıyıq ki, heyvanların da yemə ehtiyacı var. Buna görə də bizim təsərrüfatımızda yemlərin və inqredientlərin istehsalı, daşınma və satışı üçün digər qida məhsullarında olduğu kimi imtiyazlar yaradılmalıdır”

Avropa: AB-nin taxıl, yağ bitkiləri və yem  üzrə tərəfdaşları FEFAC, COCERAL və FEDIOL AB Komissiyasını Avropada heyvan yemi tədarükündə yaranan fasilələrin qarşısını almaq üçün təcili addımlar atmağa çağırır.

Onlar heyvan yemlərinin AB-nin Sərhəd İdarəetmə Komissiyasının təlimatında göstərilən əsas məhsullar siyahısına salınmasını xahiş edirlər. Bəzi üzv dövlətlər, məsələn İspaniya, İtaliya və Belçika, bu mövzüda bəzi tədbirlər görüblər, lakin Avropa Birliyi səviyyəsində bir yanaşmaya ehtiyac var.

Assosasiyalar AB və ölkələrin səlahiyyətlilərini bütün təhlükəsizlik qaydalarına əməl etmək şərtiylə, hər kəsin və yemlərin maneəsiz nəqlini təmin etmək üçün təcili tədbirlər görməyə çağırır.

cins damazlıq heyvanı

“Kənd təsərrüfatı məhsullarının alverçisi olaraq, vəzifəmiz fermerlər, qida sektoru və yem sənayesi üçün zəruri olan xam mal və yem tədarükünü təmin etməkdir. Artıq qalan kənd təsərrüfatı məhsullarını AB hüdudlarından kənara keçirərək dünyaya ixrac edirik. Eyni zamanda AB ölkələrinin çatışmazlıq çəkdiyi məhsulları daidxal edirik. Son bir neçə gündə pandemiya ilə bağlı qida və yem nəqli zəncirində qırılmaların, ləngmimələrin olduğunu görürük. COVID-19 virusu yayılmağa davam etdiyi üçün hadisələrin gələcək inkişafından çox narahatıq. Avropa Birliyi bütün operatorların sağlamlığını qorumalıdır ki, fasiləsiz tədarükü yenidən bərpa edə bilək”. Bunları COCERAL-ın prezidenti Filip Mitko deyib.

FEFAC-ın prezidenti Nik Major.isə məktubunda bunları deyib:

“AB-nin yem sənayesi AB və üzv dövlətlər səviyyəsində COVID-19 virusunun qarşısının alınması üçün ciddi pandemiya rejiminin tətbiq olunmasının tərəfdarıdır. Bizim əsas vəzifəmiz kənd təsərrüfatı COVİD-19 virusu zamanı heyvanlarının sağlamlığını və rifahını təmin etmək, həmçinin ət, süd və yumurta nəqliyyatındakı zənciri qorumaqdır. Buna görə də biz AB Komissiyasının yem məhsullarını birinci dərəcəli qida məhsulları siyahısına salınmasını israrla istəyirik”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!