Kuban qaz cinsi

Quşçuluqla məşğul olursunuzsa daha yaxşı cinslərdən ibarət sürü düzəltməlisiniz. Qaz və ördək biznesinin bir çox üstünlükləri var. Gec xəstələnir, tez böyüyür, əti, tükü, yağı həm faydalıdır, həm çox istifadə olunur. Elə qaz cinsləri var ki, çəkisi 5-8 kq, xolmoqor qazları isə 12-15 kq olur. Biz linda və leqart qaz cinsləri barədə məqalə yazmışdıq. Bu məqalədə sizə kuban qaz cinsi özəllikləir, saxlanması, yemlənməsi barədə ətraflı məlumat verəcəyik.

kuban qaz cinsi

Kuban qaz cinsi Krasnodar vilayətində (Kuban) çin, xolmoqor və qorki qaz cinslərinin seleksiyası nəticəsində əldə edilib. Əsasən yumurtalıq-ətlik istiqamətlidir. İllik yumurta verimi 75-85 ədəddir. Diri çəkisi isə 5-6 kq olur. Müqayisə üçün deyim ki, linda qazı 6-8 kq diri çəkiyə, 40-50 illik yumurta veriminə, xolmoqor qazı isə 12-15 kq diri çəki və 20-30 illik yumurta veriminə sahibdir. Rusiya, Ukrayna və Qırğızıstanda geniş yayılıb.

Kuban qaz cinsi özəllikləri

İki cür kuban qazı var:

  • Boz kuban qaz cinsi
  • Ağ kuban qaz cinsi.

Kuban qaz balalarının böyümə cədvəli:

YaşErkəkDişi
1 günlük200 q180 q
1 ay2 kq1,8 kq
2 ay3 kq2,8 kq
4-5 ay5-6 kq4,5-5,5 kq

Üstünlükləri:

  • yüksək yumurta verimi: ildə 75-85 ədəd.
  • 240 günündə yumurta verməyə başlayır.
  • yumurtadan bala çıxımı: 90%.
  • sakit heyvandır.
  • ləzzətli və faydalı əti.
  • iri yumurta (140-150 q).

Əksiklikləri: 

Фото 3
  • Diri çəkisi çox deyil, 5-6 kq
  • Analıq instinktinin zəif olması.

İl boyu 90-a kimi yumurta verə bilir və 7 ay yumurtlayır. Yaşlandıqca yumurta verimi düşür, ona görə 4 yaşından sonra kəsimə göndərilir. Bütün qazlar kimi dözümlü heyvandır, əti dadlıdır. Qaz tükü ucuz deyil, yağını ayırıb yeməkdə istifadə edirəm şəxsən özüm. 

Kuban qaz cinsi saxlanması

Böyük qazlara yay dövründə gündəlik 2 kq ot lazımdır, bu zaman buğda da verilir. Qışda isə kombikorm, taxıl, silos və tərəvəzlə yemləyə bilərsiniz.  Şam və küknar ağacının saçaqlarını da verə bilərsiniz, tərkibindəki vitaminlər parazitlərə qarşı yaxşı vasitədir. Həzmin yaxşılaşması üçün rasyona qum və balıqqulağı da əlavə edin. 

Diqqətli olun! Qazlara cücərmiş kartof vermək olmaz, güclü zəhərlənmə ola bilər. 

Qaz balalarını ilk günündən qaynadılmış yumurta ilə doğranmış kombikormla yemləyirlər.  7 günündən etibarən qaynadılmış kartof, 3 həftəlikdən isə yemək artıqları verə bilərsiniz. Su hər zaman əlçatan olamlıdır. 

Hində 1 qaza 1 kv.m yer, gəzinti yerində isə 5-15 kv.m yer hesablanır. Soyudan qorxmurlar, amma hində yel olmamalıdır. Analıq hissləri zəif olduğu üçün yaxşı kürd yatmırlar. Yumurtaları yığıb inkubatora vermək lazımdır. 

Hər zaman ətrafdakı dostlara tövsiyyə edirəm ki, yaz-yay fəslində 15-20 qaz balası alıb, 3-4 ay böyüdüb, noyabrdan novruza kimi kəsib yesinlər. Beləcə həyətyanı sahənizdə kiçik bir biznes qurmaqla, içinizdəki “iş görmək” həvəsinizi də tətmin eləmiş olarsınız. Satış kanalı təşkil edə bilsəniz, qaz biznesi yaxşı ideyadır. Amma nəzərə alın ki, qazlar səs-küylü olur və çox yeyir. 

Bu məqalədə müxtəlif qaz cinslərinin müqayisəli təhlili verilir.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!