Kuçinskaya toyuq cinsi (yubileynaya)

Kuçinskaya toyuq cinsiİndiki quş saxlayanlar həyətyanı sahələrində saxlamaq üçün ən sərfəli toyuq cinsi seçib, saxlamağa çalışırlar. Elə toyuq cinsi seçmək lazımdır ki, dözümlü olsun, yumurtaverimi çox olsun, ət çıxımı da yüksək. Mən də olsam elə toyuq alardım ki, il boyu yumurta alım, sonra kəsimə göndərim. (Toyuqların yumurta verimi ilk illərində yaxşı olur, sonra düşür). Bu kriteriyalara ən uyğun cinslərdən biri də Kuçinskaya toyuq cinsi (yubileyni) sayılır.

Kuçinskaya toyuq cinsi özəllikləri:

Bu cins hələ sovet dönəmində “Kuçinskiy” zavoduna seleksiya nəticəsində əldə edilib. Adını da burdan götürüb. Öz əcnəbi əcdadlarından ən gözəl xüsusiyyətləri götürüb: Ətlik-yumurtalıq istiqamətdir, cücəsi dözümlüdür, ət çıxımı yüksəkdir. Yarımgünlük cücəsinin cinsini təyin etmək olur (tükün rənginə görə). Çəkisi 2-3,8 kq-a kimi çata bilir. İldə 180-250 yumurta verir, yumurtası ortalama 60 qram olur. Artıq 6 ayında yumurta verməyə başlayır, lakin sonrakı illərdə verimi düşür. İl boyu yumurta verir, yalnız tük dəyişmə dönəmində 2-3 həftə yumurtadan kəsilir. Cücə verimi yüksəkdir. Yumurtadan çıxan cücələrin yaşama faizi 95%-dir. Standarta görə, cücələr 20 həftəliyində 2-2,4 kq çəkiyə çatır. Tam bu ərəfədə toyuqları kəsirlər.

Üstünlükləri:

  • Həm həyətyanı sahədə, həm də böyük fermalarda saxlamaq üçün uyğundur
  • günlük cücələrin cinsin ayırd eləmək mümkündür
  • tez çəki yığırlar və çıxışda ətverimi çoxdur
  • yüksək cücə alımı
  • iri yumurtalar
  • şəraitə tez uyğunlaşmaq

Çatışmazlığı

  • Piylənməyə meyllidir (xüsusən 2 yaşında sonra)
  • 2-ci il yumurta verimi düşür.

Yemlənməsihttp://www.agroexpert.az/toyuq-cinsleri-muqayise-cedveli/

Yubilyeni toyuqların yemlənməsi digər toyuq cinslərində olduğu kimidir. Cücələri bişmiş yumurta ilə yedizdirməyə başlayırlar. Tədricən doğranmış yaşıllıq, sümük unu, zülal əlavələri və sair verilir. Böyük toyuqların rasionunda isə buğda, vitamin, mineral əlavələr, zülallı yeməklər olmalıdır. Hər zaman təmiz və təzə su əlçatan yerdə olmalıdır.

Saxlanması:

Kuçinskaya toyuq cinsini saxlamaq çox fərqli deyil. Tempratur dəyişikliyinə dözümlüdürlər. Biraz yad heyvanlara qarşı davakardırlar. Ona görə onları ayrı yerdə saxlamaq məsləhətdir.

Həyətyanı sahədə artırmaq üçün tanıdığınız fermerlərdən cücə əldə etməyinizi tövsiyyə edirəm. (Ya da yumurtasın alıb inkubatorda çıxara bilərsiniz). Kuçinskaya toyuqları yaxşı kürd yatırlar. Cücələri ilk 10 -gündə 30°С tempraturda saxlamaq lazımdır, daha sonra tədricən 20°С-yə sala bilərsiniz. İlk ay cücələri 2 saatdan bir yemləyirlər, gecəni isə 6 saatdan çox tutmurlar. Sonradan 3 saatdan bir yemləyə bilərsiniz. Ümumiyyətlə qabları daim yemlə dolu olsun, amma qabı tez-tez təmizləyin ki, turşumasın.

Cücələrin cinsini təyin etmək:

Kuçinskaya toyuq cinsi cücələrinin cinsini təyin etmək mümkündür. Fərələri çox vaxt oturur, xoruzlar isə ayaqda olur. Adətən xoruzları bir rəngdə qırmızı olur. Lakin bəzilərinin beli qara olur. Fərələrin belində qaralı və qırmızılı xətlər olur (şəkildəki kimi). Cücələrin cinsini təyin etmək üçün bu məqaləni oxuyun.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!