Küncüt yağı – nadir müalicəvi məhsul

küncüt yağı - agroexpert.azKüncüt yağı çox xeyirli müalicəvi məhsuldur. Bizim eramızda çox-çox əvvəl Qədim Vavilonda, Qədim Çində, Qədim Misirdə küncüt yağı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.

Təbii küncüt yağı bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Yağ ürək-damar sisteminin fəaliyyəti üçün çox xeyirlidir. Qan damarların divarlarını möhkəmləndirir və onların elastikliyini artırır, qanda “pis” xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini normada saxlamağa kömək edir, qanın tərkibinə müsbət təsir edir.

Qanın laxtalanması ilə bağlı olan bir çox xəstəliklər və pozulmalar zamanı (hemorragik diatez, trombopeniya və s.) sübut olunmuş müalicəvi təsir edir.

Bu yağın qəbulu ürəyin işemik xəstəliyi, hipertoniya, infarkt, insult, ateroskleroz, aritmiya kimi xəstəlikləri və pozulmaları zamanı müalicəvi təsir edir. Həmçinin bu xəstəliklərin profilaktikası məqsədi ilə də küncüt yağını istifadə etmək olar.

Bağırsaqlara yüngül işlədici təsir edir. Bu xroniki qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir. Həmçinin bağırsaqları təmizləyir, onları şlaklar, toksinlər, azad radikallar, ağır metalların duzları və digər orada yığılan ziyanlı maddələrdən təmizləyir. Həmçinin qurdqovucu təsirinə də malikdir. Bu səbəbdən bu yağı uşaqların qidalanmasında istifadə etmək yaxşıdır.

Küncüt yağı qadınların cinsiyyət sisteminə müsbət təsir edir, klimaks zamanı qadınların vəziyyətini yaxşılaşdırır, menstruasiya ağrıların azalmasına kömək edir.

Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı küncüt yağının qəbulu tövsiyə edilmir.

Belə ki, bu yağ qanın laxtalanmasını artırır və bu səbəbdən varikoz xəstəliyi, tromboflebit və s. damar xəstəlikləri və bu xəstəliklərə meyillik zamanı küncüt yağının qəbulu tövsiyə edilmir. Yağ həm də allergik reaksiyalara səbəb ola bilər.

Beləliklə müalicə məqsədi ilə küncüt yağından istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669