Bitkilər Məhsullar

Küncüt

Tərkibindəki yağın miqdarına görə bitkilər arasında birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16-18% zülal və 18% karbohidratlar var. Küncüt yağı, bitki yağları içərisində ən keyfiyyətli yağlardan biri hesab edilir. Qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. Rəngi sarı və iysizdir. Ondan konserv və qənnadı məmulatlarının hazırlanmasında istifadə edilir. Həmçinin tibbdə, sabun istehsalında və digər sahələrdə də ondan faydalanırlar.

Agroexpert.az Küncütün faydaları nələrdir

Toxumlarından konfet və Şərq şirniyyatları, qabığı təmizlənəndən sonra halva hazırlanır. Soyuq üsulla yağ alınandan sonra jmıxın tərkibində 8% yağ və 40% zülal olur və ondan qənnadı sənayesində istifadə edilir. İsti üsulla alınan jmıx heyvandarlıqda konsentrantlı yem sayılır. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir.

Küncütün faydaları

Yağ və enerji dəyəri çox yüksəkdir. O protein, kalsium, maqnezium, natrium, minerallar və B vitamini ilə zəngindir. Xərçəng və yaşlanma əleyhinə təsir göstərir.

Küncütün faydaları arasında bunlar da var. O, həzmi asanlaşdırır, immuniteti möhkəmləndirir. Eyni zamanda qanazlığını, qəbizliyi və böyrək iltihabını aradan qaldırır. İshalın qarşısını alır, beyin fəaliyyətini nizamlayır, yüksək təzyiqi aşağı salır. Həmçinin göbələk xəstəliklərinin qarşısını alır, sümük əriməsinin qarşısını alır, revmatizm ağrılarını aradan qaldırır.

Çiy küncüt

Südü zəngin vitamin və mineral qaynağı olduğuna görə orqanizm üçün çox faydalıdır. Çiy badam südü kimi bunun südü də inək südünü əvəz edə bilən son dərəcə faydalı alternativdir. Gündə 1 bardaq küncütün südü içmək gün ərzində kalsium ehtiyacını ödəyir.

Digər faydalı məlumatları buradan əldə edə bilərsiniz.

Mənbə: https://azertag.az/xeber/Inek_sudunun_alternativi-1101096

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: